Şair-publisist Ağacəfər Həsənli: Mübariz Mənsimovun Azərbaycanlılar üçün elədiklərini başqa hansı milyarderimiz eləyib?

06, 05, 22
20:00

Şair-publisist Ağacəfər Həsənli: Mübariz Mənsimovun Azərbaycanlılar üçün elədiklərini başqa hansı milyarderimiz eləyib?


BİZ NİYƏ BELƏYİK?

Öz qövmümüzün başına əcəb əngəlü-kələfiz biz.

Mirzə Ələkbər Sabir

Sabirə haqq qazandirirsan, Mirzə Fətəli Axundova da, Cəlil Məmmədquluzadəyə də, Üzeyir Hacıbəyliyə də.Çünki onlar öz zəmanələrində, millətini seviblər, ancaq nadanlıqla, cahilliklə, avamlıqla heç zaman barışmayıblar, səhvlərini, xətalarını düzəltmək istəyiblər, özlərini oda-közə vurublar, nəticədə min cür pisliklə üz-üzə dayanıblar. Əfsuslar...

Son vaxtlar bəzi bədxahlar tərəfindən adı gündəmdən düşməyən iş adamı Mübariz Mənsimov yeganə azərbaycanlıdır ki, ağlı-fərasəti, bacarığı, səriştəsi sayəsində yad məmləkətdə (ilkin Rusiyada) dişiylə-dırnağıyla qəpiyi-qəpik üstə qoyub maya-sərmayə sahininə çevrilib, böyük gəmiçilik şirkəti yaradıb.Və bu özəl şirkət Türkiyə Cümhuriyyətində fəaliyyətə başlayıb, hər yerdə Azərbaycan adı ilə tanınıb, türk dünyasının adına şöhrət gətirib . Palmalidə çalışan işçi qüvvəsinin 90 faizindən çoxu qardaş xalqın nümayəndələri və azərbaycanlılar olublar, şirkət fəaliyyətini bərpa edəndən sora yenə əvvəlki ənənəsinə sədaqət nümayiş etdirir.

Şair-publisist Ağacəfər Həsənli

Mən başa düşmürəm, Azərbaycandakı yüksək çinli oğru, quldur, rüşvətxor bəzi məmurları qıcıqlandıran nədir? Niyə Mübariz bəyin adı gələndə xalqın gözündən düşmüş, əslində ölkə başçısı İlham Əliyevin də etimadını itirmiş bu ünsürləri xof basır. El məsəlidir, "xain xoflu olar"- ona görəmi? Bəli, onların havadarları da var, dərhal qısqırdırlar Mübarizə tərəf. Təəssüf ki bu kimi zibil içində çabalayanların arxasında özlərini jurnalist, qələm ustası adlandıranlar durur.Axı, yaşadığımız Azərbaycan cəmiyyətində " kor-kor, gör-gör" , kimin hansı yuvanın quşu olduğu sezilir. Məsələn, internet telekanallarının birində oğru-kriminal aləmin bir nümayəndəsinin müdafiəsinə qalxan, həttda Mübariz bəyə bəzi məsələrdə şər-böhtan atmağa çalışan Eynulla Fətullayev kimi.

Hələ bunu qoyaq bir kənara.Avropadan bir şair sosial şəbəkədə hay-küy salır ki, guya çətin məqamında Mübariz Mənsimovdan bir milyon pul istəyib, o da verməyib. Ona görə iş adamının səmimiliyinə, dürüstlüyünə, millət sevgisinə inanmır.Heç hənanın yeridir, gör bu insan axırda qənaətini hansı səmtə yozur: "əlbəttdə, o kim, mən kim? Mübariz talış, mən türk." Bu iyrənc, əttökən, ayrıseçkilik salan separat danışığa necə reaksiya verməyəsən. Böyük ədəbiyyatdan, saf duyğulardan dəm vuran şairin deyəsən, ağlı çaşıb. Axı hansı dövrdür, indi milli mənsubiyyətini ən geridə qalmış insan belə hallandırmır, o ki qaldı Avropanın qabaqcıl ölkəsində at çapan şair ola. Xırdaçılığın, cılızlığın, xəyanətin bundan aşağı dərcəsi yoxdur. Məgər Mübarizin talış torpağında doğulmağı və ya talış xalqına mənsub olmağı qəbahətidir?

Onda iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov da günah edib Lənkəranın Gərmətük kəndində doğulub. Akademik Ziya Bünyadovun ruhu bizi bağışlasın, qabaqcadan bilsəydi bu düşüncədə Azərbaycan şairi var, heç Astarada anadan olmazdı, başqa məkan seçərdi.Allah uzun ömür versin Mübariz bəyə də eləcə...

Bəs Mübariz Mənsimovun azərbaycanlılar üçün elədiklərini başqa  hansı barmaqla saydığımız milyarderimiz eləyib? "Lukoil"-in keçmiş şefi Vahid Ələkbərovmu, yoxsa Fərhad Əhmədov? Bəlkə Rövnəq Abdullayev neft şirkətində mənimsədiyi kapitalının cuzi hissəini el yolunda xərcləyib, heç kəs görməyib? Bəlkə son otuz ildə Azərbaycan xalqının qanını sovuran, tutduqları yüksək vəzifələrinin hesabına milyonlar qazanan başqa çirkli pulların onlarla, yüzlərlə kiçikli-böyüklü sahibləri Mübarizi kölgədə qoyublar?

Ancaq mən bir Azərbaycan yazıçısı kimi Mübariz Mənsimov fetoçu kimi İstanbulda nahaq tutulanda, dözmədim, vicdanımın səsinə qulaq asıb müdafiəsinə qalxdım. Ayrıca bəyanat qəbul elədim, kömək üçün Azərbaycan prezidenti cənab İlham Əliyevə, vitse prezident Mehriban xanıma müraciətlərim oldu.Həmin vaxtlar millət vəkili, xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı sərt şəkildə bəyanat yaydı. Bu gün şükürlər olsun ki, o ağır maddə Mübariz bəyin üstündən tədricən götürülüb və o azadlığına qovuşub.

Ötən ilin yayında isə Türkiyədə oldum, həm vacib işim vardı, həm də tələbə nəvəmə söz vermişdim İstanbulu göstərəcəm.Sözsüz, Mübariz bəyi görmək könlümdən keçdi, Bakıda şair dostum Şərafəddin İlkin bacısı Zərnişan xanımın möbil telefonun nömrəsini mənə vermişdi mütləq zəng etməyimi bildirmişdi. Mübariz bəy yenicə ev dustaqlığına buraxıldığından tərəddüd içindəydim.Nəhayət, Zərnişan xanıma telefon açdım.O, dərhal cavab verdi və haqqımda məlumatlı olduğunu söylədi.Əlqərəz, Mübariz bəyin telefon nömrəsini mənə verdi və onun tezliklə zəng edəcəyini vəd elədi.

Mübariz Mənsimov

Hoteldə dincəlirdim, təxminən dörd saat keçdi, mənə zəng gəldi, Mübariz bəyin özü idi.Kiçik hal-əhvaldan sonra məni Beşiktaşdakı evinə qonaq çağırdı. Üç saat xəstə atası Qurban kişiylə, ailə üzvləriylə və Mübarizin özüylə  səmimi söhbətlərim oldu. Bu insanın dəmir iradəsinə, alicənablığına, sadəliyinə, mehribanlığına vurulmamaq mümkün deyildi.Tələbə nəvəmlə gəldiyimi deyəndə təkidlə, həssas sürətdə bildirdi ki, gərək uşağı tək qoymayadın, bura gətirəydin, tanış edəydin. O, dönə-dönə gəlişimin məqsədini soruşdu, qayğılarımı öyrənmək istədi, mən ona yalnız can sağlığı və tezlikə məlum şərdən tamam  qurtulacağını dilədim.Həttda kiçicik bir xahiş-minnət də qıymadım.Kitablarımı istədi, hoteldə unutmuşdum, iki gündən sonra onlardan bir neçəsini poçtla Palmali Şirkətinə göndərdim. 

Mən Mübariz bəylə şəkil çəkdirib paylaşmadım reklam xatirinə, çünki  məhkəməsi tamamlanmamışdı, bu həm də işinin ziyanına ola bilərdi.İkincisi, problemlərimi həll eləmək üçün qapısına yollanmamışdım pul-para alım.Hərçənd ki, o, gəlişimə bərk sevinmişdi, şübhəsiz, imkanı daxilində heç bir diləyimə yox deməzdi. Buna özü də şahiddi, Allahı da. Amma yoldan ötən birisinin şəxsiyyətini alçaldıb ondan pul dilənməsini, alınmıyanda, bəzilərinin həyasızcasına hücuma keçmələrini normal saymır, başa düşmürəm.

 Mübariz Qurban oğlu sivil düşüncəli insandır, dedi-qodudan, zonabazlıqdan, regionçuluqdan, dar mənada yerliçilikdən uzaqdır. Son zamanlar İkinci Qarabağ Müharibəsinin qəhrəmanlarının- General Polad Həşimovun, Bəhrəm və İman Məmmədzadə qardaşlarının, Pəncəli Teymurovun adlarına gəmi verməsi böyük vətənpərvərliyindən, Azərbaycana bağlılıqından xəbər verir. O, Qarabağın bərpası naminə əlindən gələni əsirgəmədiyini həmişə bildirir.Dostlar, gəlin cənublu, şimallı, naxçıvanlı, qarabağlı, şəkili, şirvanlı, irəvanlı, bakılı, lənkəranlı olduğumuzu unudaq-böyük vətən naminə Mübariz kimi azərbaycanlı olaq.

AZƏRBAYCANREALLIĞI.COM  

Bizimlə əlaqə saxlayın