Ramazanın 27-ci gününün duası: İmsak və iftar vaxtı

28, 04, 22
15:00

Ramazanın 27-ci gününün duası: İmsak və iftar vaxtı


Sabah Ramazan ayının iyirmi yeddinci günüdür. 

"Azərbaycan Reallığı" xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 28-də imsak vaxtı saat 04:10-da, iftar vaxtı isə 19:47-dədir. 

İmsak duası:

“İlahi, bu gün mənə Qədr gecəsinin fəzilətini nəsib et! Bu gün mənim işlərimi çətinlikdən asanlığa doğru yönəlt! Üzrümü qəbul et, günah yükünü üstümdən götür! Ey saleh bəndələrinə qarşı mehriban olan Allah!” 

İftar duası: 

“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!” 

Allah orucunuzu qəbul eləsin!

AZƏRBAYCANREALLIĞI.COM 

Bizimlə əlaqə saxlayın