Xoşqədəm tapdı, tok vurub öldürdü

17, 07, 18
23:25

Xoşqədəm tapdı, tok vurub öldürdü

Xoşqədəm tapdı, tok vurub öldürdü






Bu gün günorta saatlarında Salyan rayonunda 14 yaşlı oğlan elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.
Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, Salyan şəhər Ə.Zeynalov küçəsində yerləşən həyətdə elektrik nasosu ilə su vuran 2004-cü ildə anadan olmuş Səyyad Kənan oğlu Bəkirovu elektrik cərəyanı vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır.
Virtualaz.org-un Şirvan bürosundan bildirildiyinə görə, dünyasını dəyişmiş Səyyad və bacısı əvvəllər Şamaxıda yaşayırmışlar.
Ötən il anaları rəhmətə getdiyindən onu və məktəbli bacısı Fidanı bibisi götürərək Salyana öz yanına gətirib.
Qeyd olunur ki, Salyanda yaşayan bibi Şamaxıda yaşayan doğmalarını ötən il "Səni Axtarıram " verilişinin köməyi ilə tapıbmış.


Bizimlə əlaqə saxlayın