“Veysəloğlu”nun sahibi Tibetdən şamanları dəvət edib ki, müstəqil medianı susdursun
Aydın Talıbov, lap Dalay Lamanı da dəvət etsən xeyri yoxdur…
Allah adamın əvvəl ağlını, sonra şirkətini əlindən alır, cənab Talıbov..
Əsas mövzuya keçməzdən öncə onu qeyd edək ki, saytımızda dərc olunan tənqidi yazılara görə, “Veysəloğlu” Şirkətlər Qrupu Bakı şəhəri Yasamal Rayon Məhkəməsində “Gündəlik-Bakıya” qarşı “işgüzar nüfuzun müdafiəsi və dəymiş maddi zərərin əvəzinin ödənilməsi” tələbi ilə iddia qaldırıb.
Yasamal məhkəməsi iddianı qismən təmin edən kimi “Veysəloğlu”nun sahibi Aydın Talıbovun savaddan dayaz hüquq məsləhətçiləri məhkəmə qətnaməsinin tələm-tələsik ABŞ-a, saytların COM domeninin qeydiyyat ünvanına göndəriblər.
Bu savaddan dayaz hüquq məsləhətçiləri başa düşmür ki, idddia Gündəlik-Bakı MMC-yə qarşı qaldırılıb, bunun DOMENƏ, COM-a nə dəxli ola bilə?
İkincisi, Aydın Talıbovun hüquq məsələhətçiləri başa düşmür ki, Azərbaycanda 1 pilləli məhkəmə sistemi deyil, çox pilləli məhkəməsi sistemi var, yəni bizim Apelyasiya şikayəti vermək hüququmuz var, yəni məhkəmə qətnaməsi hələ qüvvəyə minməyib.
Başa düşdünüzmü, cənab Aydın Talıbov?
Həm də burada çıxdığın oyunları, hoqqaları bəlkə ABŞ-da təkrar etmək istəyirsən?
Bəlkə, Fətulla Gülənə arxayınsan?
Ehtimal edirdik ki, xarici ölkələrdə dövlətimizə qarşı cəbhə açanlarla əlaqələrin var. Amma FETO-ya bu qədər güvənməyini bilmirdik.
Sənin DOMEN bağlatdırmaq arzun elə gözündə qaldı, sənə heç FETO da bu məsələdə kömək edə bilməz, sən başa düşə bilmirsən ki, bu elə bir işdir ki, nə qədər pulun olsa da sən bunu bacarmazsan.
Və bundan sonra “Veysəloğlu” ilə bağlı nə qədər ki, qurdlu şokoladlarını, vaxtı keçmiş mallarını və cibini doldurub yanımıza göndərdiklərini ortalıqdan yığışdırmamısan nəinki hər gün, hətta gündə 2 dəfə haqqınızda yazılacaq.
Bəli, əziz oxucular, elə bilirsiniz Aydın Talıbov, ancaq FETO-ya güvənir? Əsla, yox.
Aydın Talıbov başqa şeylərdən də yapışıb. Buyurun, “Veysəloğlu” ilə bağlı əsas mövzu ilə tanış olun.
Yaxşı yadımadadır, 80-ci illərin sonunda, ermənilər bizə qarşı MÜHARİBƏ elan edəndə, mərhum yazıçımız Mirzə İbrahimov maraqlı bir söz dedi: “ Allah adamın əvvəl ağlını alır, sonra canını”.
Əlbəttə, məcazi mənada deyilmiş sözdür. Amma 44 günlük Vətən müharibəsi, əldə etdiyimiz Zəfər rəhmətlik Mirzə İbrahimovun sözünü sübut elədi...
Lətifəsi, “Veysəloğlu” Şirkətlər Qrupunun sahibi Aydın Talıbovdan uzaq olsun, deyəsən Veysəl müəlimin oğlu da o məsələ...
Cənab Aydın Talıbov, biz kiminsə canının alınmasını arzu etmərik, hətta Allahın yaratdığı həşəratın da...
Amma rəhmətlik Mirzə İbrahimovun dediyi “ağıl məsələsi...” deyəsən, istəməsək də sizə şamil olunacaq.
Çünki Gündəlik-Bakıya daxil olan məlumata görə, “Veysəloğlu”nun sahibi Aydın Talıbov dünyanın hər yerindən baha qiymətə şamanlar, ekstrasenslər, falçılar dəvət edib ki, onun əleyhinə yazan media orqanlarının, baş redaktorların dilini-ağzını bağlasın.
Vallah, bunu eşidəndə Mirzə İbrahimovun yuxarıdakı sözləri yadımıza düşdü. Deyəsən, müəllimin ağılında nəsə problem yaranıb.
Hətta ən gülməlisi, bəlkə də ağlamalısı odur ki, Aydın Talıbov şamanlara sifariş verib ki, onunla bağlı tənqidi yazıları “udalit” eləsinlər. Hətta Aydın Talıbovun yaxın dostları deyir ki, Veysəl müəllimin oğlu şamanlardan tələb edib ki, elə dua yazın ki, jurnalistlərin yaddaşı pozulsun, onların beynindən Veysəloğlu söhbəti, ümumiyyətlə, silinsin...
İndi gördünüzmü, suda batan saman çöpündən yapışan kimi, Aydın Talıbov da xaricdən dəvət etdiyi şamanların ətəyindən bərk-bərk yapışıb ki, məni Gündəlik-Bakının əlindən xilas edin. Vallah, şamanların lideri Dalay Lamanı da gətirsən, xeyri yoxdur tovariş Talıbov..
Ay, Aydın Talıbov, ötən yazıda baha qiymətə təşkil etdiyin xaker hücumlarından, “ataklar”dan bəhs etdik və sizə məsləhət bildik ki, belə oyunlardan əl çək, çünki o problemləri aradan qaldırmaq bizim üçün 5-10 dəqiqəlik məsələdir. İndi isə şamana-zada, falçılara üz tutmusan.
Axı, biz ötən yazıda sizə dedik ki, “fiziki yolla” problemi həll etməkdən əl çək, hüquqi müstəvidə çözməyə çalış.
Sən isə, “fiziki yol”un işə yaramadığını görüb, indi də “ruhani yol”a əl atmısan, dua-zad yazdırırsan...
Adam, axı sənə dedik ki, səninlə şəxsi problemimiz yoxdur.
Və mediaya hücum milli təhlükəsizliyə təhdiddir.
Çünki, informasiya təhlükəsizliyi milli təhlükəsizliyin çox vacib komponentidir.
Ölkəmiz demokratik, hüquqi, sivil dövlətdir, burada cəngəllik qaydaları işləyə bilməz.
Biz sənə dedik ki, şirkətlərində olan neqativ halları, vaxtı keçmiş məhsulların satışını, vergidən yayınmanı aradan qaldır, səninlə işimiz olmayacaq.
Adam, biz sənə dedik ki, sənin özəl həyatınla, şəxsiyyətinlə işimiz yoxdur, sən biizm üçün maraqlı subyekt deyilsən. Bundan artıq sənə nə deyək?
Səndən soruşduq ki, Vergilər Nazirliyinin şirkətə qarşı açdığı 2 milyonluq maliyyə sanksiyasından danış, səbəbini göstər. Və sənə suallar ünvanladıq.
Bu sanksiyanı biz tətbiq etməmişik, dövlət qurumu tətbiq edib. Bunu yazmaq məgər olmaz?
Bəlkə, 2 milyona görə, hörmətli iqtisadiyyat nazirimiz Mikayıl Cabbarovu da məhkəməyə verəsən?
Bu sənin “razmer”ində olan məsələ deyil, cənab Talıbov.
Biz yazırıq ki, şirkətin “Ulduz” şokolad məhsulunun içindən “qurd” çıxıb. Bunu yazmaq olmaz?
Biz yazırıq ki, “Veysəloğlu” Şirkətlər Qrupunda rəhbər şəxslərə 30-35 min manat maaş verilir, görəsən dövlətə nə qədər vergi ödənilir. Bunları yazmaq nə vaxtdan yolverilməz hesab olunur?
Biz yazırıq ki, Əmək Müfəttişliyi nə üçün 17 min işçisi olan “Veysəloğlu” Şirkətlər Qrupunda yoxlamalar aparmır?
Nə üçün şirkət işə götürəndə adamların yaş fərqinə bu qədər önəm verir?
Biz yazırıq ki, şirkətin filial müdirlərinin əksəriyyəti niyə ali təhsili olmayanlardır?
Biz şirkət rəhbərliyindən soruşuruq ki, sizdə “qara mühasibatlıq” varmı?
Biz şirkətin rəhbərliyindən soruşuruq ki, niyə son 4-5 ayda qiymətləri bu qədər süni şəkildə bahalaşdırırsınız?
Axı, dövlət rəhbəri də tələb edir ki, qiymətləri süni şəkildə bahalaşdırmayın...
Bu suallar dövlət və cəmiyyət üçün də mühüm əhəmiyyət kəsb edir.
Bunları yazmaq və ictimailəşdirmək olmazmı?
Biz şirkət rəhbərliyindən soruşuruq ki, 10 manatlıq ətdən 1 kilosu 6 manata kolbasanı necə düzəldirsiniz?
Bunun sirrini deyin.
Bütün bunların qarşılığında isə “Veysəloğlu” şirkətlər Qrupunun rəhbərliyi sivil qaydada öz mövqeyini açıqlamaq, lap təkzib tələb etmək, yaxud məhkəməyə müraciət etmək əvəzinə…şamanlara üz tutub.
Sənə son sözümüzü deyirik.
Lap uzaq Tibetdən şaman yox e, Dalay Lamanı da gətirsən xeyri yoxdur. Çünki sənin problemin ağılla bağlıdır.
Bir də yazının girişində yazdığımız kimi olub-qalan ağlını topla, kimə MÜHARİBƏ elan etməyini başa düş.
P.S Ay Aydın Talıbov, sən elə bilirsənki bizim fəaliyyətimiz təkcə Gündəlik Bakıdan ibarətdir. Bilmirsənsə deyim biləsən, bizim ətrafımızda olan saytlar, qəzetlər çoxdur. Amma fəaliyyətinizdə dönüş yaratmaq, camaatımızı "Bravo" satış mərkəzlərində olduğu kimi təmiz və keyfiyyətli qida məhsulları ilə təmin etsəniz, biz həmişə sizin yanınızda olarıq. Bu məsələ tək bizim üçün yox, bütöv xalqımıza lazımdır.(Gundelik-baku.com)
AZƏRBAYCANREALLIĞI.COM