Veysəloğlu, köhnə məhsulları kasıb camaata satma: Aydın Talıbov, bütün əmlakını satsan da, vergidən gizlətdiyin pulları ödəyə bilməyəcəksən!

Cəmiyyət / Manşet
 15-12-2021, 12:00     2 068


Dədə Aşıq Ələsgər “Köhnə dağarcığı tumaş yerinə, satma..”, deyəndə elə bil Veysəl müəllimin oğlu Aydın Talıbovu nəzərdə tuturmuş. 
Bəli, “Veysəloğlu” Şirkətlər Qrupunun prezidenti  Aydın Talıbov  millətimizin arasına sanki ayrıseçkilik  toxumu səpir, millətimizi  ağ və qaraya bölür, 1-ci və 2-ci sort  insanalara ayırır...

Belə ki, Şirkətlər  Qrupunun  tabeçiliyində olan “Araz”  marketləri  imkanlı, varlı şəxslər üçün, “Oba”  marketləri isə  2-ci sort adamlar  üçün  nəzərdə tutulub. 

Və ən dəhşətlisi odur ki, “Araz” marketlərində vaxtı keçmiş, köhnəlmiş,  keyfiyyətini itirmiş  məhsulları “Oba” marketlərində  kasıb, imkansız təbəqəyə satır. 

Yəni  “Oba”  marketlərini əsasən kasıb, imkansız təbəqənin  yaşadığı ərazilərdə  açmağa üstünlük verir.

Görəsən, bu məsələdə  “Veysəloğlu”  niyə “Bravo”dan nümunə götürmək istəmir?

Bəlkə, Veysəl müəllimin oğlu “Bravo”ya  meydan oxumaq istəyir? 

“Bravo”  kasıba, varlıya fərq qoymadan  HAMININ YANINDADIR. 

Bütün bunlar azmış  kimi, Veysəl müəllimin oğlunun marketlərində satılan kolbasa və sosiskalara baxanda adam məəttəl qalır. 

Əgər bu ucuz kolbasalar ƏT-dəndirsə, bu necə ola bilər..?
Axı, ətin 1 kilosu ilə kolbasanın 1 kilosunun qiyməti arasında tərs mütənasiblik var. Deməli, ya bu kolbasa ətdən hazırlanmır, ya da Veysəl müəllimin oğlu bu məhsullara nəsə qatır...

Ona görə, yazının girişində köhnə dağarcığı misal çəkdik..

Nə isə keçək əsas mətləbə. 

Görək, Aşıq Ələsgərdən sonra hörmətli iqtisadiyyat nazirimiz  Mikayıl  Cabbarov Veysəl müəllimin oğlu barəsində nə deyir: 

Bir il öncə  Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin əməkdaşları tərəfindən Veysəloğlu Şirkətlər Qrupuna aid olan 10-a yaxın vergi ödəyicisi şirkətlərində audit yoxlamaları həyata keçirilib. 

Məlumata görə, səyyar vergi yoxlamaları zamanı sözügedən şirkətlərin külli miqdarda vergidən yayınması faktları ortaya çıxıb. 

Araşdırmalar zamanı məlum olub ki, Veysəloğlu Şirkətlər Qrupuna aid olan 10-a yaxın vergi ödəyicisi Nizami rayonu, Keşlə qəsəbəsində böyük bir ərazini əhatə edən ərzaq-mal anbarından istifadə etməklə özünün iqtisadi fəaliyyətini həyata keçirib. Yəni, Veysəloğlu Şirkətlər Qrupu məhsullarını satış məqəsdilə sözügedən vergi ödəyiciləri vasitəsilə satışa çıxarırmış. Bu zaman həmin vergi ödəyicilərinin Veysəloğlu Şirkətlər Qrupunun himayəsi altında külli miqdarda vergidən yayınması məlum olub. 

Aydın Talıbov

Sözügedən Departamentin əməkdaşları tərəfindən aparılan səyyar vergi yoxlaması ilə külli miqdarda vergidən yayınma halları aşkar edilərək, Veysəloğlu Şirkətlər Qrupuna 2 milyon manatlıq maliyyə sanksiyası tədbiq edilib.  

Həə, buna nə deyirsən, cənab Veysəl müəllimin oğlu? 

Bunu biz demirik ee, Mikayıl Cabbarov deyir. 

2 milyon hələ bir yoxlamanın nəticəsidir və bircə anbara aiddir. 

İndi fikirləş ki,  100-lərlə “Araz” və “Oba”  supermarketləri  yoxlanılsa,  ortaya hansı rəqəm, hansı  sanksiyalar çıxıacaq..? 

Onda bütün əmlakını da satsan, vergi  borcundan canını qurtara bilməyəcəksən. 

Biz hələ  Əmək Müfəttişliyini demirik ee...

Veysəl müəllimin oğlu, özün öz dilinlə deyirsən ki, 17 min nəfər işçin var. Çox gözəl. 

Əgər Əmək Müfəttişliyi xırda bir yoxlama aparsa, (əgər aparmaq istəsə biz ünvanı göstəririk, birbaşa Veysəloğlu şirkəti) bəlli olacaq ki,  sənin “qara mühasibat”lığın  dövlətə milyonlarla ziyan vurub. Kağızda  yazdığın əmək haqqı ilə  real əmək haqqı arasında fərq ən azı 3 rəqəmlidir. İndi onu da vur  17 min nəfərə. Gör hansı rəqəm alınacaq? 

Biz hələ 30-35 min  avroluq maaşlardan danışımırıq. 

Bəli,  xaricdən dəvət etdiyin  əcnəbi “revizora” ayda 35 min  avro maaş verirsən. 

“ARAZ”  marketlərləri ticarət qrupunun baş direktoru Rəşad adlı şəxsə  30 min manat maaş verirsən. Və Rəşadın həyat yoldaşı,  Veysəloğlu Şirkətlər Qrupunun Müşahidə Şurasının 7 üzvündən biri olan xanıma da 30 min manat maaş verirsən. Bunların vergisini  necə hesablayırsan, cənab Aydın  Talıbov? 

Adi arfimetikadan-hesabdan başı çıxanlar bilir ki, sənin şirkətlərin hər ay  külli miqdarda vergidən yayınır. 

Sən və qardaşın  bir neçə il əvvəl   “Neftçilər”  və  “ 28 May”  metro stansiyalarının ətrafında  “şmotka”  alveri edirdiniz. Azərbaycan dövləti siz qardaşlara hər cürə şərait yaratdı ki, siz də dövlət büdcəsinə kələk gələsiniz? 

Dövlət sizlərə şərait yaratdı ki,  siz  marketlərinizdə qiymətləri süni şəkildə  bahalaşdırıb  əhalini dövlətdən narazı salasınız? 

Axı, ölkə başçısı dəfələrlə xəbərdarlıq edib ki, süni bahalaşmaya yol verməyin...

Siz isə son 4 ay ərzində qiymətləri 40 faiz bahalaşdırmısınız.   

Bütün bunları  buraxaq dövlət qurumlarının  öhdəsinə. 

Cənab Aydın Talıbov! 

Biz  Gündəlik-Bakı olaraq  sizin  personanızla, şəxsi həyatınızla bağlı yazmırıq  və yazmaq fikrimiz də yoxdur. 

Biz  dövlət üçün mühüm əhəmiyyət kəsb edən vergilərdən, istehlakçıların pozulan hüquqlarından, qara mühasibatlıqdan yazırıq. 

Sən isə bu əməllərə son qoymaq əvəzinə  mətbuatdakı  trolların  vasitəilə bizə müxtəlif təkliflər ünvanlayırsan. Sözün varsa, buyur açıq fikirlərini bildir və  biz də KİV haqqında qanuna uyğun olaraq işıqlandıraq. Bu qədər sadə. 

Amma  bizim adımızdan kimlərəsə nəsə paylama, özünü xərcə salma.  Bizim kiminsə  verəcəyinə ehtiyacımız yoxdur, dövlətin vergisini ödəsən yetər. 

Amma sənə  xəbərdarlıq edirik ki,  rəhbərlik etdiyin Şirkətlər Qrupunu  böyük vergi bəlası gözləyir. Qarşıdan  ciddi vergi  qasırğası  gəlir, şirkətində tozanaq qoparacaq. Və bütün olub-qalanını  satsan da bundan qurtara bilməyəcəksən.

P.S Hörmətli Veysəloğlu şirkətinin başbilənləri, biz bu yazıları dərc etməklə özümüzə heç nə istəmirik, amalımız ölkəmizdə qida məhsullarının vətəndaşlarımıza sağlam və təmiz çatdırılmasıdır.

İnanin, bizim sizinlə heç bir qəsdi-qərəzliyimiz yoxdur. Redaksiyamızın qapıları hər an üzünüzə açıqdır. Bizim bir arzumuz var, nə olardı bizim də ərzaq mağazalarımızda Alman mağazalarında olduğu kimi dürüstlük, təmizlik, təhlükəsizlik olsun. 10 manatlıq ətdən 7 manatlıq kolbasa hazırlanıb satılmasın. Vaxtı keçmiş ərzaq məhsullarının dükanlarınızda satılmasını istəmirik. Bu bir vətəndaş olaraq bizim haqqımızdır. Hamılıqla bu tipli məsələlərə qarşı mübarizə aparıb, cənab Prezidentimizin yanında olsaq Allaha da xoş gedər. Sizdən bir xahişimiz də ondan ibarətdir ki, bu yazılarla bağlı heç kimə xahiş etməyin, onsuz da eşidən deyilik. Qurdlu şokoladları yeməyək. (Gundelik-baku.com)

AZƏRBAYCANREALLIĞI.COM