Psixoloq Ülviyyə Murtuzova: Qadınlara qarşı zorakılıqla mübarizədə DİN əməkdaşlarının rolu böyükdür

30, 11, 21
10:00

Psixoloq Ülviyyə Murtuzova: Qadınlara qarşı zorakılıqla mübarizədə DİN əməkdaşlarının rolu böyükdür

Zorakılığın qurbanları əsasən qadınlar olur. Müasir dövrdə daha qlobal xarakter daşıyan bu problemin qabardılması üçün 1999-cu ildə Birləşmiş Millətlər Təşkilatı 25 noyabr tarixini rəsmi olaraq Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günü elan edib və həmin günün keçirilməsində məqsəd ictimaiyyətin diqqətinin problemə yönəldilməsi üçün hökumət, beynəlxalq və qeyri-hökumət təşkilatlarını bu mövzuda müxtəlif tədbirlərin görülməsinə çağırmaqdır. Hər il dünyada, o cümlədən ölkəmizdə Qadın Zorakılığına Qarşı Beynəlxalq Mübarizə Günündə müxtəlif tədbirlər həyata keçirilir.

"Azərbaycan Reallığı" xəbər verir ki, Məişət zorakılığına məruz qalanların tibbi, sosial, hüquqi və psixoloji reabilitasiyasının mühüm məsələlərdən biri kimi dəyərləndirildiyini nəzərə çatdıran psixoloq Ülviyyə Murtuzova problemin aradan qaldırılması üçün qadınların mütləq şəkildə təhsilli olmasının vacibliyini vurğuladı: “Dünyada zorakılığa məruz qalan insanların 95%-ni qadınlar təşkil edir. Zorakılıq halları daha çox təhsil səviyyəsi aşağı olan ölkələrdə baş verir”.

Ölkəmizdə məişət zorakılığı, o cümlədən qadın zorakılığı ilə mübarizə istiqamətində görülən tədbirlər, qanunvericilikdə nəzərdə tutulmuş cərimələr təqdirə layiqdir. 

Azərbaycan qanunvericiliyində məişət zorakılığı dedikdə, yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşamaqlarından sui-istifadə etməklə, dairəsi qanunvericiliklə müəyyən edilmiş şəxslərin birinin digərinə qəsdən fiziki və ya mənəvi zərər vurması nəzərdə tutulur.” Məişət zorakılığının subyektləri, cəmiyyətdə və məişətdə qadın zorakılığı, zorakılığın formaları, erkən və məcburi nikah barədə çağırış edirəm:

“Ailədaxili zorakılığı anlamaq və onun barəsində danışmaq bəzən çox çətin olur. Lakin daim zorakılığa məruz qalmaq qorxusu və faktiki zorakılıq içində həyat zəif və həssas ailə üzvlərinin fiziki və psixoloji sağlamlığı üçün qarşısıalınmaz mənfi nəticələrə gətirə bilər. Öz hüquqlarınızı bilin! Bu, sizin zorakılıq halları ilə mübarizədə əsas silahınız olacaqdır!

Ülviyyə Murtuzova

Azərbaycanda insan hüquqları, xüsusilə də qadın hüquqlarının müdafiəsi istiqamətində sistemli siyasət həyata keçirilir. Bu, qanunvericilikdə də öz əksini tapıb. Məişət zorakılığının profilaktikasına diqqətin artırılması məqsədilə 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun qəbul olunması dövlətin bu məsələyə verdiyi böyük önəmin nümunəsidir. Cəmiyyət özü də bu sahədə fəallıq göstərməli, zorakılıq hallarının baş verməməsi üçün qüvvələrini birləşdirməlidir.”

Bununla bağlı qanunların qəbulu və müvafiq dövlət qurumlarının fəaliyyət göstərməsi ilə yanaşı, vətəndaş cəmiyyətinin eləcədə DİN əməkdaşlarının rolunun böyük olduğunu vurğulayan Ülviyyə Murtuzova hüquq-mühafizə orqanlarının əməkdaşlarına minnətdarlığını bildirdi.

Qadın zorakılığı ilə mübarizədə maarifləndirmənin vacib əhəmiyyətini vurğulayan Ülviyyə Murtuzova təhlükə anında insanların müvafiq təşkilatların qaynar xətt və əlaqə nömrələrinə dərhal zəng olunmasını tövsiyyə edir.


AZƏRBAYCANREALLIĞI.COM


Bizimlə əlaqə saxlayın