Məhkəmə və «Azəriqaz» qazinin qazdan istifadəsinə qadağa qoyub - NARAZILIQ!

18, 11, 21
15:00

Məhkəmə və «Azəriqaz» qazinin qazdan istifadəsinə qadağa qoyub - NARAZILIQ!


"Qış qapını alıb, bizim evdə isə hələ də istilik yoxdur. (Molla Pənah Vaqif demiş, bayram oldu, bizim evdə axta zoğal da yoxdur! ) Hər il belə olur, istilik verilmir, amma sonda istilik borcu yığılır. Saxta istilik xidməti ilə isə nə otaqlar qızır, nə də insanın canı. Bir yandan da həkim deyir, özünüzü soyuqdan istilik sistemi ilə qoruyun. Bəs «Azəriqaz» və məhkəmə hakimiyyəti nə deyir?" Bu barədə göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "«Azəriqaz» artıq 13 ildir Qarabağ qazisinin yaşayış sahəsinin və 30 ildir Nardarandakı bağının qazla təminatına rüşvət tələb etməklə qadağa qoyub. Bəli, bəli, qaz xidməti rəsmi məktublarla fiziki şəxs olan istehlakçının qanunda nəzərdə tutulmayan ödəniş qarşılığında qazla təchiz ediləcəyini bildirib. Ölkənin 1-ci şəxslərinə , Ombudsmana edilən müraciətlər də sonuc verməyib və «Azəriqaz» məmurları dəyişsə də, «dedığım dedığdır» ritorikası dəyişməyib. 5 il qabaq Bakı İnzibati Məhkəməsində iddia qaldıran 1-ci dərəcəli Qarabağ qazisi hələ də iddiasına baxılmasına nail olmayıb. Hər həftə, hər ay iddiaya baxılmasını tələb edən iddiaçıya Bakı İnzibati Məhkəməsinin məsləhətçi –«hakimi» İradə Hüseynova bildirib ki, hakim Fərid Mədətlinin TƏKBAŞINA, TƏRƏFLƏRİN İŞTİRAKI OLMADAN QƏBUL ETDİYİ 17.06.2020 tarixli QƏRARLA İDDİA RƏDD EDİLİB. Bəs pandemiyanın işə baxılmasını qadağan etdiyi çağda gizlin çıxardığı qərarını Fərid Mədətli niyə ilyarımdır verməkdən imtina edir? Maddi hüquq normalarının pozulmasını bir yana qoyaq, axı, prosessual hüquq normalarının kobud pozuntusuna görə hakim, ən azı, Məhkəmə-Hüquq Şurası qarşısında cavab verməlidir. Sözügedən qərarın İnzibati və Mülki Prosessual Məcəllənin tələbinə uyğun olaraq hələ də rəsmi qaydada verilməməsinin, heç demə, məhkəmə adına, hakim adına ləkə gətirən nədəni var(mış)!

Hakim Fərid Mədətli nəinki özünü «Azəriqaz»ın vəkili kimi aparıb, hətta daha artığına imza atıb. «Azəriqaz» yazılı – şifahi şəkildə 13 ildir Qarabağ qazisinin VƏSAİTİ HESABINA qaz sayğacının quraşdırılmasını, qazlaşdırmanı həyata keçirəcəyindən imtina etmir, sadəcə, «qarnının qazının ağrısı» sayğac pulunu qazinin ödəməsidir. Məhkəmə isə, ümumiyyətlə, QARABAĞ QAZİSİNİN QAZLA TƏMİN EDİLMƏSİNİN YOLVERİLMƏZ OLDUĞUNA QƏRAR VERİB! (?) Bu yekəlikdə qərəzin nədən qaynaqlandığını bilməsək də, onu bilirik ki, hakim FƏRİD MƏDƏTLİ «DAXİLİ İNAM» QƏRARINI QAZİNİN XIRDA KÖŞKÜNƏ MƏİŞƏT QAZ QURĞUSUNUN YOX, SƏNAYE QAZ QURĞUSUNUN QURAŞDIRILMALI OLMASI İLƏ «ƏSASLANDIRIB» ! Hakimin qaziyə qərəzinə, nifrətinə baxın, köşkü, qeyri – yaşayış sahəsini «Kombi» məişət qaz qurğusu ilə qızdırmaq- qazdan sənaye məqsədi ilə yararlanmaq deməkmiş və buna görə də qeyri-yaşayış sahəsinə yüz minlərlə dəyəri olan sənaye qaz qurğusu quraşdırılmalıdır . Hakimin iddianı rədd etmək üçün başqa əsası olmadığından belə iyrənc, eybəcər qərar qəbul etməsinə nə ad vermək olarsa, Məhkəmə-Hüquq Şurası, qanunların icrasına və tətbiqinə nəzarət edən baş prokurorluq verməlidir.

Məhkəmə qanunu, qərarı yüksək hakim adına ləkə gətirən formada izah və tətbiq edib, istehlakçının qazla təminatına qadağa qoyub, bəs qanun , Konstitusiya nə deyir? Ölkədə ən yüksək hüquqi qüvvəyə malik olan qanunun -Konstitusiyanın 73-cü maddəsinin II hissəsində HEÇ KƏSİN QANUNLA NƏZƏRDƏ TUTULMUŞ ƏSASLAR OLMADAN VƏ QANUNDA GÖSTƏRİLƏN HƏCMDƏN ƏLAVƏ VERGİLƏR VƏ BAŞQA DÖVLƏT ÖDƏNİŞLƏRİ ÖDƏMƏYƏ MƏCBUR EDİLƏBİLMƏZLİYİ doğrulanıb. «Qaz təchizatı haqqında» 30.06.1998 tarixli 513-IQ saylı qanunun 13.9 maddəsində və NK-nın «Qazdan istifadə qaydaları haqqında» 12.05.2011 tarixli 80 saylı qərarının 4.2 bəndində yazılıb : «MƏİŞƏT QAZ QURĞULARININ İSTİFADƏSİ ÜÇÜN QAZ SAYĞACI QAZPAYLAYICININ VƏSAİTİ HESABINA, SƏNAYE QAZ QURĞULARININ İSTİFADƏSİ ÜÇÜN QAZ SAYĞACI İSTEHLAKÇININ VƏSAİTİ HESABINA TƏCHİZ EDİLİR, QURAŞDIRILIR VƏ DƏYİŞDİRİLİR. Sözügedən qanun və qərarda MƏİŞƏT QAZ QURĞUSUNUN ÜMUMİ SƏRFİYYATI SAATDA 10 KUBMETRƏ QƏDƏR olan, əhalinin məişət ehtiyacları üçün qazın yanacaq kimi

istehlakı prosesində istifadə olunan, SƏNAYE QAZ QURĞUSUNUN İSƏ ÜMUMİ SƏRFİYYATI SAATDA 10 KUBMETRDƏN ARTIQ OLAN, istilik enerjisinin alınması və MƏİŞƏT EHTİYACLARI ÜÇÜN QAZIN YANACAQ və. .. xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan qaz qurğusu olması əks olunub. Hakim Fərid Mədətli bu anlayışları «daxili inamı»na əsasən izah və tətbiq edib :»…QEYRİ -YAŞAYIŞ SAHƏSİNDƏ ÜMUMİ QAZ SƏRFİYYATI SAATDA 10 KUBMETRDƏN AZ OLSA DA BELƏ, MƏİŞƏT EHTİYACLARI ÜÇÜN YANACAQ KİMİ İSTEHLAKI prosesində istifadə ÜÇÜN NƏZƏRDƏ TUTULMADIĞINDAN , …qeyri -yaşayış sahəsinə MƏİŞƏT QAZ QURĞUSU DEYİL, SƏNAYE QAZ QURĞUSU QURAŞDIRILMALIDIR»(?). Görəsən, hakim(lər) Dövlət İmtahan Mərkəzinin, Məhkəmə-Hüquq Şurasının testindən necə keçib(lər) ? Hakimin vətəndaşın sosial - məişət təminatına qadağa qoymasını NK-nın qərarı ilə bilərəkdən yanlış əsaslandırması göz önündədir. Elə həmin cəmi 6 bəndlik qərarın 1.3 bəndində yazılıb ki, HÜQUQİ ŞƏXS VƏ ya SAHİBKARLIQ FƏALİYYƏTİ İLƏ MƏŞĞUL OLAN FİZİKİ ŞƏXS MƏİŞƏT QURĞULARINDAN İSTİFADƏ ETDİYİ HALDA, ALQI-SATQI MÜQAVİLƏSİNDƏ SƏNAYE QAZ QURĞULARINA aid bəndlərin müqavilə tərəflərinə şamil edilmədiyi qeyd olunur. Yəni, hansı qurğudan istifadə etməsi istehlakçıların, SAHİBKARLIQ SUBYEKTLƏRİNİN MÜSTƏSNA HÜQUQUDUR, NƏ «AZƏRİQAZ» , NƏ DƏ MƏHKƏMƏ İSTEHLAKÇINI hansı növ QAZ QURĞUSUNDAN İSTİFADƏ ETMƏYƏ MƏCBUR EDƏ BİLMƏZ. Belə məcburiyyəti məhkəmənin etməsi isə, bir daha, ölkədə məhkəmə hüquq sisteminin hansı ürəkaçmayan durumda olduğunu ortaya qoyur.

Bakı İnzibati Məhkəməsinin məhkəmə hakimiyyətini gözdən salan qeyri-prosessual qərarlarını verməkdən imtinasının kökündə isə özbaşınalıqdan özgə, şikayət vermək hüququna qadağa qoymaq niyyəti durur. Görəsən, hakimlər qərarlarını harda qəbul edirlər ki, illərdir «tapılıb» rəsmi qaydada verilməsi mümkün olmur?!" (DİA.AZ) 

İddia olunanlarla bağlı olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...
 

AZƏRBAYCANREALLIĞI.COM

Bizimlə əlaqə saxlayın