İcra başçısı Ağcabədidə bağçalara “divan tutur” – 200 nəfər işsiz qalıb


Ağcabədidə uşaq bağçalarında çalışanların kütləvi şəkildə işdən çıxarılmasına başlanıb. Rayon icra başçısı Rafil Hüseynovun “attestasiya” tələbindən keçməyənlər işlərini itirirlər. Yerli icra orqanı tərəfindən təşkil olunan əsassız yoxlama və imtahan xeyli sayda adamı işsiz qoyub.

Onlardan biri Günel Yusif qızı Mehdiyevadır. Onun sözlərinə görə, 15 ildir Səməd Vuğun adına uşaq bağçasında işləyir, 208 manat maaş alır və 150 manatını kredit verir. O, anasının himayəsindədir və qeyd edir ki, icra başçısı onları sorğu-sual edir, bu sahəyə aid, olmayan məsələlər soruşur. Sonra işdən çıxmaq üçün ərizə yazmaq tələbi qoyur. G. Mehdiyeva deyir ki, könüllü ərizə yazmayanların maaşının kəsilməsi tapşırılır. Lakin şikayətçi olan tək o deyil. Məlumata görə, ərizə yazmağa məcbur edilən uşaq bağçası işçilərindən biri də Fəridə Abbasovadır.

Hətta Ağcabədi RİH-nin Memarlıq və tikinti şöbəsinin müdiri-baş memar Səfər Səfərovun uşaq bağçasında işləyən yaxın qohumundan da ərizə yazmaq tələb olunub, amma icra başçısına məruzə ediləndə ona dəyməyiblər. Bildirilir ki, Ağcabədidə 200-ə yaxın bağça işçisi icra başçısının “imtahanı”ndan keçə bilmədiyi üçün işindən azad olunub.

Bundan əlavə, işdən azad olunanlar arasında Ağcabədinin Hüsülü kənd sakini olan uşaq bağçası müdirəsi Əliyeva Gövhər Dərgah qızı da var.

Gövhər Əliyeva Əmək Məcəlləsinin 70 C maddəsi ilə işdən azad edilib. Özü faktı təsdiqləyib. (Reportyor.info)

AZƏRBAYCANREALLIĞI.COM
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
“Düşünürlər ki, qızları məşhurlaşandan sonra dırnaqarası sevgililəri onlara ev, maşın alacaq“ - İttiham

“Düşünürlər ki, qızları məşhurlaşandan sonra dırnaqarası sevgililəri onlara ev, maşın alacaq“ - İttiham

  • 13 okt, 22:00
“Düşünürlər ki, qızları məşhurlaşandan sonra dırnaqarası sevgililəri onlara ev, maşın alacaq“ - İttiham
Lalə Azərtaş yeni verilişlə geri döndü

Lalə Azərtaş yeni verilişlə geri döndü

  • 11 okt, 22:00
Lalə Azərtaş yeni verilişlə geri döndü 
“Fəxri Xiyabandakı yer üçün 80 yaşında satılım?“ - Flora Kərimova

“Fəxri Xiyabandakı yer üçün 80 yaşında satılım?“ - Flora Kərimova

  • 30 sen, 21:00
“Fəxri Xiyabandakı yer üçün 80 yaşında satılım?“ - Flora Kərimova
Koronavirusa yoluxan Səyyad Əlizadənin son durumu

Koronavirusa yoluxan Səyyad Əlizadənin son durumu

  • 19 sen, 16:30
Koronavirusa yoluxan Səyyad Əlizadənin son durumu
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar