"Dünən Yunislə birlikdə qarpız yeyib, çay içmişik..." - icra başçısını güllələyənin vəkili danışdı

09, 07, 18
11:37

"Dünən Yunislə birlikdə qarpız yeyib, çay içmişik..." - icra başçısını güllələyənin vəkili danışdı

"DünÉn YunislÉ birlikdÉ qarpız yeyib, çay içmiÅik..."
Maraqlısı odur ki, sosial şəbəkələrdə paylaşılan şəkillərdə Yunis Səfərovun polis tərəfindən işgəncələrə məruz qaldığı, hətta öldürüldüyü bildirilir.

Bununla bağlı big.az-a açıqlama verən vəkil Elman Ağayev bildirib ki, Yunisin ölməsi ilə bağlı iddialar əsasızdır. İstintaq getdiyi üçün əlavə məlumatlar verə bilmərəm. Tək onu deyə bilərəm ki, Yunis sağ-salamatdır. Mətbuatda döyülməsi məsələsi çox şişirdilib. Mən iyulun 4-ü onu görəndə döyülmüş insan kimi hərəkət etmirdi. Mənimlə normal danışırdı. Üzündəki xəsarəti soruşanda bildirdi ki, polislər onu yaxalamaq istəyərkən olub. Mən onun bütün bədəninə baxmışam. Ondan əlavə heç bir xəsarəti yoxdur. İyulun 5-də də görmüşəm. Hər dəfə onunla görüşəndə döyülüb-döyülməməsini soruşuram. Hətta bədəninə baxıram. Ailəsi ilə əlaqəm hələ ki olmayıb. Buna, düzü, vaxt da tapa bilmirəm. Ziyalı, hüquqşünas bir oğlandır. Savadlı bir gəncdir. Vəkil kimi olmasa da, qanunu biləndir.

"Peşmandırmı?" sualına vəkil onu zamanı gələndə Yunisin özü bildirəcəyini vurğulayıb: "Amma onun döyülməsi haqqında çıxan informasiyalar yalandır. Ən azından mən vəkiləm. İstəmərəm ki, müdafiə etdiyim şəxsə qarşı kimsə zor tətbiq etsin. Əgər belə bir şey olsa hər kəsə deyərəm. Hətta onu müdafiə etməkdən belə imtina edərəm. Yunis sağ-salamatdır. Dünən mənimlə birgə qarpız da yeyib, çay içib. Mənimlə rahat danışır. Bu hadisəni törədən şəxsdə təbii ki, müəyyən sıxıntı olacaq. Onu sadəcə bu gün görməmişəm. Vaxt edib gedib bu gün də görüşməyə çalışacam". 

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın