Vilayət Eyvazov DYP rəisini işdən çıxardı - YENİ TƏYİNAT

16, 09, 21
18:00

Vilayət Eyvazov DYP rəisini işdən çıxardı - YENİ TƏYİNAT


Füzuli Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi (DYP) bölməsinin rəisi, polis mayoru Koroğlu Quliyev tutduğu vəzifədən azad edilib.

Azerbaycanrealligi.com xəbər verir ki, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin digər əmri ilə, o, Füzuli RPŞ-nin baş əməliyyat müvəkkili vəzifəsinə təyinat alıb.

Hələlik Füzuli DYP-nin rəisi vəzifəsinə təyinat yoxdur (unikal.org).

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın