"Azərsun"un malları boykot olunsun - ÇAĞIRIŞ

13, 08, 21
16:00

"Azərsun"un malları boykot olunsun - ÇAĞIRIŞ


"EcoFront" ekologiya təşkilatı "Azərsun Holdinq"də istehsal olunan malları boykot etməyə çağırıb.

Təşkilatın "Facebook" hesabında paylaşılan yazıdan belə anlaşılır ki, holdinqin tabeliyində fəaliyyət göstərən istehsalat müəssisələri ətraf mühitə ciddi ziyan vurur.

Bu cür müəssisələrdən biri də Tağıyev qəsəbəsi ərazisindəki yerləşən Azərsun Sənaye Parkında yerləşən yağ zavodudur.

Paylaşımda qeyd edilir: "Qubadan Bakıya qayıdıram. "Nasosnu"nu (Tağıyev qəsəbəsi - red.) keçən kimi, Azərsun Sənaye Parkında yerləşən yağ zavodunun yanından keçəndə iyrənc yağ iyindən dayanmaq olmur. Külək tutanda "Nasosnu"da nəfəs almaq dözülməz olur, əşyalar, insanların üst-başı, saçı, hər yer yağ hissəciklərinə bürünür. Bu zavodu ETSN (Ekologiya və Təbii Sərvətlər Nazirliyi - red.) cərimə etmək üçün məhkəməyə müraciət etdiyini açıqlayıb. Amma zavodun adını çəkməyə də qorxur.

Tağıyev qəsəbəsində yerləşən yağ zavodu deyir. Belə açıqlama olur? Müəssisənin, şirkətin adı yoxdur? ETSN bu şirkətin adını çəkməyə qorxursa, ona necə təsir edə bilər axı? Öz haqqımızı, özümüz qorumalıyıq. ETSN bizim təmiz və sağlam ətraf mühitdə yaşamaq haqqımızı qoruya bilmir. "Azərsun Holdinq"in bütün məhsullarını hamımız baykot etməliyik".

Paylaşımın müəllifi onu da qeyd edib ki, "Azərsun Holdinq" Binəqədi qəsəbəsinin kanalizasiya sularını ora qəsdən axıdaraq Masazır gölünü də məhv edib. 

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın