Cavid Qurbanov 3 milyonluq mülkü satışa çıxarıb... - İDDİA

13, 08, 21
14:00

Cavid Qurbanov 3 milyonluq mülkü satışa çıxarıb... - İDDİA


Dünən informasiya verərək bildirmişdik ki, yaxın zamanlarda “Azərbaycan Dəmir Yolları” QSC Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirilə bilər. Bu barədə danışan mənbə bildirib ki, yaxın zamanlarda Azərbaycan Dəmir Yolları” QSC nazirliyə birləşdiriləcək və böyük ehtimalla Cavid Qurbanov vəzifəsindən birdəfəlik alınacaq və ona birləşdirilmiş strukturda hansısa postun veriləcəyi ehtimalı mövcud deyil.

Xatırladaq ki, belə bir birləşmənin anonsu öncədən də verilib və o zaman iddia olunurdu ki, hətta Cavid Qurbanov Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Naziri postuna da gətirilə bilər. Lakin hazırda sözügedən vəzifəni tutan Rəşad Nəbiyevin mövqeləri kifayət qədər möhkəmdir və ondan fərqli olaraq Cavid Qurbanov yetərincə yıpranmış fiqur olaraq xarakterizə edilməkdədir.

Daxil olan son informasiyalardan aydın olur ki, artıq gedəcəyi qətiləşən “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanov rəsmən "kapitulyasiyaya" başlayıb.

Mənbə dia.az-a bildirir: "Cavid Qurbanov təkcə son iki ay ərzində ona məxsus olan iki obyekti və 5 mənzili satışa çıxarıb. Onların hansı satılıb, hansı alınıb bəlli deyil. Əsas olanı odur ki, baş dəmiryolçu öz gedişinə tədarük içindədir".

Mənbə iddia edir ki, satışa çıxarılan obyekt və mənzillərin ümumi satışa çıxarılan qiyməti 3 milyon manatdan çoxdur.

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin. İddia olunanlarla bağlı olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq...  (dia.az)

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın