Elçibəyin silahdaşından oğluna cavab: "Ərturqut cəbhəçiliyin mahiyyətini bilmir, uzaqlaşdığı məsafənin fərqində deyil"

24, 07, 21
11:48

Elçibəyin silahdaşından oğluna cavab: "Ərturqut cəbhəçiliyin mahiyyətini bilmir, uzaqlaşdığı məsafənin fərqində deyil"


Azərbaycanın eks-pirezdenti Əbülfəz Elçibəyin oğlu Əlturqut Əliyevin Toyunda cəbhəçilərdən heç kim olmayacaq. Bunu Ərturqut özü bildirib. Qeyd edib ki, Kəmaləddin Heydərovu toya dəvət etmişəm. 

Bu açıqlama isə sosila şəbəkələrdə birmənalı qarşılamayıb, məsələ ilə bağlı Əbülfəz Elçibəyin silahdaşlarından olmuş, dövlət başçlığı dönəmində onun mühafizəsinə rəhbərlik edənlərdən biri, Xalq hərəkatının işdrakçısı Həsən Qasımov eks-pirezdentin oğlunun fikirləri ilə bağlı Azerbaycanrealligı.com-a bunları deyib:

"İlk öncə Ərturqutu, gəlini və əzizlərini təbrik edirəm. Tanrı hər iksini xoşbəxt etsin, hər zaman yar və yardımçıları olsun.

Həsən Qasımov 

Yəqin bir çoxları kimi Ərturqut da cəbhəçiliyin mahiyyətini ya bilmir, ya da başını elə qatıblar ki, uzaqlaşdığı məsafənin fərqində deyl. Azərbaycanın bəlli bir tarixində elə bir ailə olmayıb ki, orada bir  cəbhəçi olmasın. Bəlkə də Ərturqut sonra partiyalaşan cəbhəçiləri nəzərdə tutur, bilmirəm. Bütün hallarda bildiyim odur ki, ən böyük cəbhəçi atası, ən kiçik cəbhəçi qaynatası olub.

Deməli, o toyda ən azı iki cəbhəçi Ərturqutun nə və necə deməsindən asılı olmayaraq iştirak edir.  Bu mənim Elçi Bəy əsgəri olaraq düşüncəmdir. Əbülfəz Qədiqulu oğlu Əliyevin ailədaxili məsələri mənim üçün önəmli məsələ olmayıb. Bir Elçi Bəy əsgəri olaraq Elçi Bəyin sevdiklərinə, onun özünü  sevənlərə sayqım və hörmətim var. 

 Ərturqut Əliyev

Bu arada təbii, sıradan gözəl bir hadisə kimi toyları olan bütün gənclərimizə, o cümlədən, Ərturqut bəyə xoşbəxtlik, azadlıq, sərbəstlik və gözəl ailə səadəti arzulayıram" - deyə sonda Həsən Qasımov qeyd edib. 

Azerbaycanrealligi.com
 

Bizimlə əlaqə saxlayın