Toyumda cəbhəçilərdən heç kim olmayacaq: Kəmaləddin Heydərovu dəvət etmişəm - Elçibəyin oğlu


"Toyuma dəvət edilənlərin siyahısını özüm hazırlamışam, ancaq yaxın qohumları çağırmışam, kənardan heç kimi dəvət etməmişəm”.
 
Bunu yaxın günlərdə toya hazırlaşan mərhum prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev deyib. O, qohumlarından əlavə olaraq, bir neçə yaxın dost-tanışını da toya dəvət etdiyini, onların bəzilərinin xaricdən gələcəyini söyləyib:
 
"Toyda cəbhəçilərdən heç kim olmayacaq, heç kimi çağırmamışam. Sadəcə yaxın dostlarımdan bir neçəsini dəvət etmişəm. Bu qərarı həm də pandemiyaya görə qəbul etdim. Qaydalara əsasən, qonaq sayı az olmalıdır. Bu səbəbdən toya çağırılacaq qonaq sayını artıra bilmirəm”.

Fövqəladə Hallar Nazirliyində çalışan Ərturqut Əliyev nazir Kəmaləddin Heydərovu da toyuna dəvət edib:
 
"Kəmaləddin müəllim tərəfindən dəvətimin necə qarşılandığını bilmirəm, dəvətnamə çatıb, yoxsa çatmayıb, heç onu da bilmirəm. Amma Kəmaləddin Heydərovun adına dəvətnamə yazmışam”.
 
Xatırladaq ki, Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev ailə həyatı qurur. Ötən gün Naxçıvanda qız toyu olub, iyulun 30-da isə Bakıda oğlan toyu baş tutacaq.
 
Ərturqut Əliyevin həyat yoldaşı Aytək Yusifli Elçibəyin qohumu və silahdaşı olmuş Mirhadi Yusiflinin qızıdır.

Azerbaycanrealligi.com
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Koronavirusa yoluxan Səyyad Əlizadənin son durumu

Koronavirusa yoluxan Səyyad Əlizadənin son durumu

  • 19 sen, 16:30
Koronavirusa yoluxan Səyyad Əlizadənin son durumu
“Balanı anadan ayırmağın günahı böyükdür, Mətanət İsgəndərli!“

“Balanı anadan ayırmağın günahı böyükdür, Mətanət İsgəndərli!“

  • 13 sen, 22:30
“Balanı anadan ayırmağın günahı böyükdür, Mətanət İsgəndərli!“
Məhəbbət Kazımovun oğlu Könül Kərimovanı məhkəmə ilə hədələdi

Məhəbbət Kazımovun oğlu Könül Kərimovanı məhkəmə ilə hədələdi

  • 08 sen, 21:30
Məhəbbət Kazımovun oğlu Könül Kərimovanı məhkəmə ilə hədələdi
“Səidə Sultan burnunu dövlətin işinə soxmasın!” - Müğənnidən həmkarına acı sözlər

“Səidə Sultan burnunu dövlətin işinə soxmasın!” - Müğənnidən həmkarına acı sözlər

  • 24 avq, 17:00
“Səidə Sultan burnunu dövlətin işinə soxmasın!” - Müğənnidən həmkarına acı sözlər
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar