"AF hotel Novxanı"da açıq-aşkar SOYĞUNÇULUQ edir

21, 07, 21
15:00

"AF hotel Novxanı"da açıq-aşkar SOYĞUNÇULUQ edir


Azerbaycanrealligi.com bildirir ki, bunu "Müştərinin Səsi" sosial qrupunda Emil Bayramov adlı istifadəçi bildirib. 

Deməli bazar günü ayın 18.07.2021. tarixində novxanıda yerləşən "AF hotel Novxanı" Afhotel  olmuşuq. Əslində içəri girən kimi getməyimizə peşman olmuşduq , sadəcə girişdə ödəniş etmişdik deyə artıq gec idi. Girişdən çıxışa qədər natəmizlik özünü göstərir. Hovuz çirkli , restoran stollları çirkli və s və s saydiqca bitməyən problemlər. Bunlar azmış kimi hesabda da istədiklərini etmək istəyirdilər.( Amma bu istəkdən başqa nəsə olmadı) Deməli "55 manat " yazılan qaimə nədir - ofisianta dedim ki hesabı gətir. Bu qoçaq da yazıb gətirib 55 manat. Dedim bu nə hesabdir belə?? Bu qiymətlər şəhərdə ən yaxşı aquapark çimərliklərdə heç yoxdu.

Deyir belədi qiymət..dedim menyunu gətir. Getdi 30 dəqiqədən sonra gəldi ki üzr istəyirəm bu sizin hesab deyil bəs orda moxito səhv yazılıb. Verin onu dəyişim. Dedim nə moxito burda heç nə düz yazılmayıb. Deyir ki niyə ?? nəysə gördüm bunu başa sala bilməyəcəm. Təkrar olaraq dedik menyu gətirsin. Bu zaman gedib ikinci qaiməni gətirib hansı ki orda 36 manat yazılıb)) Deyir administrator dedi ki üzürlü sayın səhv etmişik. Qısacası başınızı ağrıtmayım. Əgər getmək istəsəniz qəti olaraq məsləhət görmürəm. Hələ onu demirəm ki bunu şikayət etsəm , menyu və hesab fərqli olduğu üçün əməlli bunlara başağrı ola bilərəm.



Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın