Sahil Babayev və Paşinyan belə olmayan nazirlərimiz

20, 07, 21
12:00

Sahil Babayev və Paşinyan belə olmayan nazirlərimiz


Dövlət başçısı hərb qələbəsinin diplomatik təsdiqi ilə uğraşarkən həmin dövlət başçısının sərəncamıyla işə təyin olunub aldıqları maaşdan da kənar milyonlar qazanan məmurlar dövlətə və Vətənə xəyanətin içindəydilər…

Azərbaycan mediası tarixin bütün çağlarında öz maraqları və inkişafından başqa hər şey üçün çalışıb. Əsr yarım öncə Həsən bəy Zərdabi çarizmin maraqlarını ifadə edib savadsız və kimsəsiz müsəlmanları ayıltmağa qalxmasaydı, yəqin ki daha təmtəraqlı və rahat həyat yaşayardı. 146 il sonra da heç nə dəyişməyib… “JEK” məsuliyyətsizliyindən tutmuş prezident sərəncamının icra edilməməsinə qədər, bank kreditindəki problemdən nazir incidilməsinə qədər bütün məsələlərdə media vətəndaşın yanında olub. Əksini demək olar ki, heç vaxt görməmişik. Həmin milyonlarla vətəndaşdan biri belə bir jurnalist xəstə yatağına düşəndə, yaxud həbs olunanda yanında olmadı. Necə ki, kanalizasiya xətti tutulanda belə zəng etdiyi ANS-in qapıları möhürlənəndə bir vətəndaş etiraz etmədi. Bir sözlə, 150 ildir ki eyni dərdi çəkirik…

…Azərbaycanın 44 günlük zəfər savaşını gözü götürməyib qələbədən sonra min hoqqadan çıxanların qarşısında yenə jurnalistlər durdu. Həmin vaxt Qafqazın ən “qazlı” xalqı olan xalqın mavi qaz , qanını su yerinə axıdan vətəndaşların su, Qarabağa iməkləyə-iməkləyə getməyə hazır insanların avtomobilin yanacaq ödənişini artırdılar. Bu da bəs eləmədi, döyüşən əsgərlərin veteran statusunu hələ də tanımayıblar, bədəninin əzasını itirən qazilərlə əlillik davasına qalxdılar, 44 gün torpaqda yatan döyüşçüləri məmur qapısında boynu bükük buraxdılar… Bir sözlə, hər şeyi etdilər ki, bu xalq 200 illik tarixində ikinci böyük qələbəsinə sevinməyə macal tapmasın. Dövlət başçısı hərb qələbəsinin diplomatik təsdiqi ilə uğraşarkən həmin dövlət başçısının sərəncamıyla işə təyin olunub aldıqları maaşdan da kənar milyonlar qazanan məmurlar dövlətə və Vətənə xəyanətin içindəydilər. Amma yenə də ortada olan jurnalistlər oldu. Hər döyüşçünün, hər qazinin, hər şəhid ailəsinin ən xırda problemini belə həmin jurnalistlər yazdı. Qarabağda savaş başlayanda da silah götürə bilən jurnalist silah götürdü, arxada qalanlar qələmini silaha çevirdi və Fulya Öztürkdən az iş görmədilər… …Təxminən 30-a yaxın media mənsbu var ki, savaş dönəmində qələmini silah, masasını səngərlə əvəz elədi. Bu bir vətəndaşlıq borcu idi və buna görə heç bir jurnalist heç kimə minnət qoymadı, özünü digər döyüşçülərdən artıq tutmadı. Ərəfəsində olduğumuz Milli Mətbuat Günündə də keçirilən tədbirlərdə də müharibə veteranı olan jurnalistlər xüsusi imtiyaz gözləmirlər. Amma hansısa ayrı-seçkilik, fərqlilik, naşılıq olanda erməniyə olan qəzəb həmin məmura da olasıdı…

Məni tanıyanlar bilir, tanımayanlar da araşdırıb öyrənə bilərlər: etdiyim nəyəsə görə kimdənsə təmənna ummamışam. “Sağ ol” da “salam” kimidir, verən də sağ olsun, verməyən də. Savaşa yollananda “müharibəni övladlarımıza buraxmayaq” demişdim və bu istəyimə çatdığım üçün xoşbəxtəm. Ayrıca olaraq, işğaldan azad olunan iki rayon uğrunda döyüçlərdə iştirakım və buna görə medalla təltifim tərcümey-halımın qızıl hissəsidir.
Bütün bunlardan sonra “mustafa”nı deyim ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi milli mətbuat günüylə bağlı tədbir keçirib, savaşda iştirak edən jurnalıstləri dəvət edib və məni “yaddan çıxarıbsa” qəmim kəm… Mən heç önəmsəməmişdim. Sağ olsun həmkarlarım, fərqinə varıb diqqətə aldılar, araşdırdılar. Hər birinə xüsusi təşəkkür edirəm. Səbəbini soruşanda yarı zarafat, yarı gerçək “yəqin nazirin hansısa qohumuna güllə atmışam”-deyə cavab verdim. Havadan deməmişdim… Sahil Babayevin genetik kodeksində erməni əmsallığı ilə bağlı ciddi iddialar və sübutlar var. Amma bunu da qırağa qoyuram. Cənab Babayevin fəaliyyətində elə məqamlar var ki, Nikol Paşinyanı həmin vəzifəyə təyin etsəydilər(nə bilmək olar bəlkə, Paşinyanın da genetik kodeksində eyni əmsalda Azərbaycanlı kodeksi var), bu xalq üçün daha yararlı olardı. Dövlət büdcəsindən prezidentin göstərişi ilə sosial yardıma ayrılan vəsaitin bir hissəsini “gərək olmadı”deyib geri qaytaran, ayağını topuqdan, dizdən və ya bütövlükdə itirən döyüşçü ilə əlillik davası edən nazirə başqa cür qiymət vermək olmaz. Mən Sahil Babayevin savadına və təhsilinə şübhə etmirəm, amma Mixail Sergeyeviç Qarbaçaovun ondan daha savadlı və istedadlı olmağına da inanıram. Amma Qarbaçovu bu ölkəyə nazir təyin etmək olmazdı ki, çünki bu millətə sevgisi yox idi və bilirsiniz nə qədər belə nazirimiz və məmurumuz var?Məsələ Nəsimi Şərəfxanlının və ya qeyrisinin tədbirə çağırılıb şağrılmamasında deyil. Sahil Babayevin mətbuata və Qarabağ döyüşçülərinə az-çox sayğısı olsaydı, müharibədən sonra onun rəhbərlik etdiyi nazirlikdən mətbuata çıxıb şikayət edən qazilərin probleminə reaksiya verərdi. Sahil Babayevi bilmirəm amma inanın ki Paşinyan bunu edərdi və Paşinyan belə o qədər nazirimiz var ki…

Nəsimi Şərəfxanlı

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın