Nəsimi rayon icra başçsı Asif Əsgərov jurnalistlərə pul paylayacaq - İDDİA

19, 07, 21
14:31

Nəsimi rayon icra başçsı Asif Əsgərov jurnalistlərə pul paylayacaq - İDDİA

 
Bütün dünyada azad və müstəqil media olduğu kimi Azərbaycanda da azad media yaradılması üçün hüquq-mühafizə orqanlarının reket və şantajçı jurnalistkaya qarşı mübarizə apardığı həssas bir vaxtda çox təəssüflər olsun ki, bəzi məmurlar özləri bilərəkdən bu cür xoşagəlməz hallara şərait yaradır.

Jurnalistin hər hansı qurumla, şirkətlə pres-reliz müqaviləsi əsasında dəstək verməsi, rəsmi məlumatların ödəniş əsasında yayması bəlkə də normal haldır, amma çox təsüflər olsun ki, bu hallar artıq bəzi dövlət qurumlarında açıq-aşkar həyata keçirilir. Xatırlayırsızsa bir vaxtlar Dövlət Sərhəd Qoşunlarında bu hallar tez-tez baş verirdi, jurnalistləri bir araya yığıb onlara sərhəd qoşunları komandiri Elçin Quliyev tərəfindən bahalı hədiyyələr, mükafatlar verilməsi gündəmdən düşmürdü. DTX-nın uğurlu əməliyyatından sonra bu halların qarşsıda demək olar ki, alındı.

Azerbaycanrealligi.com-a məlumat verən mənbə iddia edir ki, analoji hal Nəsimi rayon icra hakimiyyətində mütəmadi olaraq davam edir, sözü gedən qurumun icra başçsı Asəf Əsgərovun tapşrıqı ilə  22 iyun saat 12:00 da qurumun binasında jurnalistlər üçün təntənəli Şekildə şirinləşdirici məclis təşkil olunacaq, tədbirdən sonra isə jurnalistlərin hər birinə paket halında 100-200 AZN məbləğində pul mükafatıda veriləcək, məlumatı dəqiqləşdirmək üçün bir neçə saytın baş redaktoru ilə əlaqə saxladıq, onlar da iddia olunan məlumatı təsdiq etdilər.

Maraqldır ki, şəhərin mərkəzi saylan böyük bir rayonun icra başçısı belə şirinləşdirici tədbirləri kimin tapşrığı ilə keçirir? Bəlkə Asif Əsgərov rayonun mərkəzin bərbat hala salmasından narahatdır? Və yaxud da digər qandallanan korrupsioner icra başçlarının taleyinin onu gözləyəcəyini bilib ondan narahat olub? Göresən Asif Ağayev bu qədər maliyyə ayrıb təşkil etdiyi tədbirlərdən şəhid ailələri üçün də edirmi? Təbii ki, bu suallara biz yox Asif müəllim və onun media informasıya işlərin həyata keçirə əməkdaşları cavablandıracaq.

Azerbaycanrealligi.com sözü gedən qurumun da cavab haqqını tanıyır.

Azerbaycanrealligi.com 

Bizimlə əlaqə saxlayın