Cavid Qurbanov İFLAS HƏDDİNDƏ: "Dəmiryolları"nın şefi əmlakını satışa çıxarıb TOPAZ əldən çıxıb

07, 07, 21
21:53

Cavid Qurbanov İFLAS HƏDDİNDƏ: "Dəmiryolları"nın şefi əmlakını satışa çıxarıb TOPAZ əldən çıxıb


“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun müflis olduğu deyilir.

Qurbanova yaxın olan mənbənin verdiyi məlumata görə QSC sədri həm Azərbaycandakı, həm də xaricdə ki, yaşayış və qeyri-yaşayış obyektlərini satışa çıxarıb.

Həmçinin, Cavid Qurbanov “Topaz” biznesi də əlindən çıxıb. Mənbənin daha bir verdiyi məlumata görə dəmir yolunun şefi vəzifə də qaldığı müddətdə özünə cah-cəlallı təriflər yazdırdığı bir neçə xəbər saytlarına verdiyi aylıq maliyyəni kəsib. Həmçinin dəmir yolunda çalışan işçilərin də aylıq əmək haqqında ləngimələr yaranıb. Mənbə daha bir məlumatda bildirir ki, dəmir yolunun şefinin yaxın zamanlarda öz vəzifəsi ilə də vidalaşacağı əsas gündəm məsələlərdən birdir.

Cavid Qurbanov tikdirdiyi və və tikdirməkdə olduğu binaların sənədlərini banklara qoyub, böyük miqdarda pul götürdüyü də əldə edilən məlumatlar arasındadır. Cavid Qurbanovun bu addımı atmasının səbəbi bəlli deyil. Ehtimal edilir ki, yaxın günlərdə Cavid Qurbanovun vəzifədən kənarlaşdırılması da gündəmə gələ bilər.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın