Suyun lal axanı, DEPUTATIN yerə baxanı: Ülvi Quliyev niyə məhz Diaspora komitəsinin sədri olmaq istəyir?


Suyun lal axanı, DEPUTATIN yerə baxanı…

Yerə baxan oğlan...


Sözün düzü, əvvəlki deputatların çoxunu xalq az- çox tanıyırdı. Ancaq bugünkü deputatların adını, soyadını eşidəndə adam mat-məəttəl qalır. Hətta şəkillərinə baxanda da heç nə xatırlamaq olmur. Bu mənada obyektivlik naminə  qeyd edək ki, Ülvi Quliyev  tanınan  deputatdır. 

Biz həmişə qeyd edirik ki,  Gündəlik Bakı olaraq hətta bizə xoş münasibəti olmayanlara da qarşı maksimum  obyektiv olmağa çalışırıq. 
Birincisi, bu jurnalistikanın kodeks məsələsidir. 

İkincisi, bizim üçün  kiminsə  bizə şəxsi münasibəti deyil, DÖVLƏTƏ münasibəti önəmlidir. 

Yəni bu bizim qəzetin strategiyasıdır. Kimliyindən, vəzifəsindən asılı olmayaraq bu belədir və belə də davam edəcək. 

Ona görə də biz hörmətli Ülvi Quliyevi tanınmayan, az tanınan deputatlar siyasısına salmırıq. Bu deputat  cəmiyyətdə kifayət qədər tanınır. 
Bu bizim obyektiv münasibətimiz. 

İkincisi, bəzi həmkarlarımız deputatları çox danışan, az danışan, və lal deputatlara bölürlər. 

Gündəlik Bakı bu kriteriyalardan uzaqdır. Boş və mənasız danışmaqdansa, susmaq daha mənalıdır. 

Biz demirik ki, parlament danışmaq yeri deyil,  susmaq yeridir-filan. Xeyr. Əsas odur ki, danışdıqlarının faydası olsun. 

Media əhlinin çoxu deputat Ülvi Quliyevi  “lal deputatlar”  siyahısına salır. 

Biz bununla da razı deyilik. Ülvi Quliyev  müəyyən məqamlarda danışır. 

Yəni buradək gördünüz ki, bizim hörmətli Ülvi Quliyevə münasibətimiz digər həmkarlarımızdan  müsbət yöndə fərqlənir. 

Məsələn, kimsə  Ülvi Quliyevdən soruşur ki, oğlun Qarabağda vuruşubmu?

Adamdan soruşarlar ki, sənin oğlun erməniyə bir daş atıbmı ? Yox. Onda nə xoruzlanırsan. 

Yəni Gündəlik Bakı  ədalət prinsipinin pozulmasını qəbul etmir.  

Biz yuxarıda da qeyd etdik ki, bir media olaraq deputat Ülvi Quliyev bizim üçün “LAL”  deyil. 

Yeri gəlmişkən, müdriklər deyib ki, “Suyun LAL axanı, adamın YERƏ  baxanı”. 

Ülvi Quliyevə yuxarıdakı xoş münasibətimizə baxmayaraq, yenə obyektivlik sərgiləyərək, bəzi MÜHÜM məsələlərə aydınlıq gətirmək istəyirik. 

Cənab Quliyev, yerə baxan xisləti səndə var. 

Biz demirik ki, oğlun niyə vuruşmayıb?

Biz səndən soruşuruq ki, oğlun Londonda dəyəri  cəm halında  6 milyon dollar olan  5-6  mülk alıb. 

Sənin  oğlun Orxan Quluzadənin bahalı avtomobillər kolleksiyasının dəyəri milyonları çoxdan keçib. Bax buna aydınlıq gətir. 

Axı, sivil dünyada hər şeyin mənbəyi göstərilməlidir. 

Biz evlərini, mülklərini, daha nələrini demirik. 

Sənədləri qoy ortaya, ödədiyin vergiləri göstər. Axı, heç bir sənədin yoxdur. Hamısı maxinasiyadır. 

Sizin gənc oğlunuz qısa vaxtda necə biznes qurdu, heç rəhmətlik Rokfeller elə biznes qura bilməzdi. 

Axı,  dərman aptekləri işlətməklə qısa vaxtda sən on milyonları qazana bilməzdin, Ülvi Quliyev. Deməli, ortada çox sirrli məqamlar var. 

Ülvi Quliyev, sənin haqqında yazırlar ki, mer olmaq istəyirsən-filan-zad.  Səni bu vəzifələrin heç biri maraqlandırmır. 

Sən yerə baxa-baxa, Diaspora Komitəsinin sədri olmaq istəyirsən. Niyə məhz diaspora..? 

Bu çox ciddi bir yazının mövzusudur. (gundelik-baku.com)

Azerbaycanrealligi.com
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
“Deyəndə Allah bağışlayan deyil, min yerə yozdular sözümü, cahillər“ - Flora Kərimova

“Deyəndə Allah bağışlayan deyil, min yerə yozdular sözümü, cahillər“ - Flora Kərimova

  • 21 iyl, 19:00
“Deyəndə Allah bağışlayan deyil, min yerə yozdular sözümü, cahillər“ - Flora Kərimova
Flora Kərimova müğənnilərə əsəbləşdi: “Utanmırsınız?“

Flora Kərimova müğənnilərə əsəbləşdi: “Utanmırsınız?“

  • 10 iyl, 22:00
Flora Kərimova müğənnilərə əsəbləşdi: “Utanmırsınız?“
“Azərbaycanda yas mərasimlərində süfrədə bircə araq çatmır“ - Rasim Balayev

“Azərbaycanda yas mərasimlərində süfrədə bircə araq çatmır“ - Rasim Balayev

  • 30 iyn, 19:00
"Azerbaycan'da yas törenlerinde masada tek bir votka yok" - Rasim Balayev
"Ayrıldım, sanki azadlığa çıxdım. Mən onunla sevişirəm" - Müğənni Nüşabədən ŞOK AÇIQLAMA

"Ayrıldım, sanki azadlığa çıxdım. Mən onunla sevişirəm" - Müğənni Nüşabədən ŞOK AÇIQLAMA

  • 24 iyn, 22:30
"Ayrıldım, sanki azadlığa çıxdım. Mən onunla sevişirəm" - Müğənni Nüşabədən ŞOK AÇIQLAMA
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar