Masazırda sauna işlədən Gözəldən açıqlama: Mən halal pulumu qazanmışam. Oğluma haram yedirtmərəm

09, 06, 21
21:00

Masazırda sauna işlədən Gözəldən açıqlama: Mən halal pulumu qazanmışam. Oğluma haram yedirtmərəm


Bir neçə gündür gündəm olan sauna qalmaqalının qəhrəmanı, özünü Gözəl kimi təqdim edən xanım AzTimes.az-a açıqlama verib. Azerbaycanrealligi.com Xanımın fikirlərini olduğu kimi təqdim edirik:

“Məni tanıyan tanıyır. Əgər ki, məni elə tanıyıb, gözünüzlə görmədiyiniz, şahidi olmadığınız böhtanı kiminsə ağzından eşidib ictimailəşdirmisinizsə, demək ki, siz kiminsə bilmədən həyatı ilə oynayırsınız. Mən halal pulumu qazanmışam. Mən oğluma haram yedirmərəm. Əgər mən masajistkayamsa, bir saatı 30 manata masaj edən qadın sizcə gedib ən rahat yolla başqa kişilərlə əylənərək o pulu qazana bilməzmi? mən oğlumu pula satmaram. Ona görə polislərdən qaçaraq orada beş manat qazanacağıq deyə gizlin işlədik və baxdıq, ancaq qazandığımız jurnalistlərə gedir və səhvim o oldu ki, ilk gündən mən çıxdım jurnalistin qarşısına. onunla da hamısı bir-birinə necə deyərlər, pas atdı. Allah hər şeyi görür, siz də bir qadın kimi gözünüzlə görmədiyinizi durub paylaşırsınız. Yenə deyirəm, bir oğlum var, mən oğlumu tək başına böyüdən qadınam. Mən onu kimsəyə satmaram. Siz 18 yaşında bir oğlanın həyat ilə oynadınız, bunu ictimailəşdirərək. Biz polisdən qaçaraq evimizə pul apardıq. Amma bunu gətirib bu ye cıxarmayaydılar. 

“Mamaroza” deyilən şəxs əlinin altında qızları çıxarıb pul qazanır ,mənim  kimi  20 manata masaj edib pul qazanmır. Buyurun, evimə gəlin, haralara borcum olduğununu, aylıq hara nə verirəm ödənişlərə baxın. Görün ki, mamarozalalıqla məşğul olanın o qədər borcu olmaz. Bir daha deyirəm buyurun bizə.. Qaldı ki, kim nə paylaşıb, Allah onun var etsin, onlar pisliyindən qalmırsa mən də heç vaxt yaxşılığımdan qalmaram. Kimlərə nə pul vermişəm, əlimdə nə səslər var, ama alçaqlıq etmək bizə yaraşmaz, biz işsiz qaldıq, daha kimsəyə pul verə bilmirdik, onu gətirib bura çıxardılar.”

P.S. Xəbərin şərh bölümündə və sosial şəbəkələrdə saxta profillərlə təhdid yağdıran şəxslər bunun əhəmiyyətsiz olduğunu gördükdə yeni taktika nümayiş etdirirlər. “Biz qazi valideyninin, oğlum xəstədir.” Qazi valideyni olmaq qanunları taptamağa rəvac vermir. Qazilərin yeri başımızın üstüdür. Onları iyrənc oyunlarınıza alət edib gözdən salmayın!

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın