Abid Şərifovun başı qalmaqalda: Həyat yoldaşını həbs edə bilərlər

09, 06, 21
18:00

Abid Şərifovun başı qalmaqalda: Həyat yoldaşını həbs edə bilərlər


Baş nazirin sabiq müavini Abid Şərifovun həyat yoldaşı Sədayə Şərifova məhkəməyə verilib.

Azerbaycanrealligi.com Unikal.org-a istinadən xəbər verir ki, S.Şərifovaya qarşı Bulaq-2 MTK-dakı bir neçə mənzillə bağlı Binəqədi rayon məhkəməsində iddia qaldırılıb.

Belə ki, bu mənzillər Abid Şərifova vəzifədə olduğu dövrdə pay verilib. Həmin mənzillər ayrı-ayrı şəxslərə satılıb. Hazırda o evlərdə Sədaqət Abbas qızı Kazımova, Mahirə Mehman qızı Məmmədova, Elvin Əkrəm oğlu Hidayətli yaşayırlar.

S.Şərifova məhkəmədə iddia qaldırıb ki, həmin şəxslər evdən çıxarılsın. Onlar isə sənədlərinin düzgün olduğunu əsas göstərərək evdən çıxmayacaqlarını bildiriblər və onlar da S.Şərifovanı məhkəməyə veriblər.

İşə 21 iyun saat 14:30-da Binəqədi rayon məhkəməsində hakim Fuad Abdıyevin sədrliyi ilə baxılacaq.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın