Səlim Müslümovun KADRLARI MEYDAN SULAYIR... - İLGİNC FAKTLAR

09, 06, 21
17:00

Səlim Müslümovun KADRLARI MEYDAN SULAYIR... - İLGİNC FAKTLAR


"Səlim Müslümovun cinayət əməlləri ilə bağlı insanları ən çox maraqlandıran suallar bunlardır: Müslümovun əsas şərikləri kimlər olub? Növbə Heybət İmanova nə vaxt çatacaq?" Azerbaycanrealligi.com xəbər verir ki, Bu barədə DİA.AZ-a göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: "Aydın məsələdir ki, Səlim Müslümov 2,5 milyard manatı təkbaşına mənimsəməyib. Bu işdə onun Əjdər Cəbiyev başda olmaqla çoxsaylı ortaqları olub. Ona görə Müslümov işində ədalətin tam bərpası üçün həmin şəxslərin də məsuliyyətə cəlb edilməsi çox zəruridir. Acınacaqlı hal ondan ibarətdir ki, həmin şəxslərin bir çoxu mənimsədikləri vəsait hesabına özünə boss tutaraq hələ də vəzifə başında qalmaqla öz çirkin əməllərini davam edirirlər. Müslümov işinin əsas kilid isimləri heç şübhəsiz ki, hazırda da o sistemdə işləyən Gülnarə Salahova, Rza Əhmədov və Zaur Rəsulovdur.

Gülnarə Salahova Səlim Müslümovun dövründə əvvəlcə Yasamal ƏSMM-də, sonra isə Nəsimi ƏSMM-də direktor olub, Əjdər Cəbiyevlə də hər cür yaxınlıq əlaqəsinə malik olub. Müslümov-Cəbiyev bandasının ən sadiq üzvü və əsas pul daşıyanı olub. Zamanında Nazirliyin daxili nəzarət şöbəsinin işçiləri Yasamalda onun 90 minlik rüşvət siyahısını aşkarlasa da Cəbiyevin himayəsi sayəsində vəzifəsində qala bildi, sadəcə yeri Nəsimiyə dəyişdirildi. Onun törətdiyi cinayət əməlləri barədə mətbuatda çoxsaylı informasiyalar dərc olunub.

Rza Əhmədov o sistemdə Əjdər Cəbiyevin puldaşıyanı adını qazanıb. Xəzər rayon ƏSMM-də direktor müavini işləyəndə Əjdər Cəbiyev ünvanlı sosial yardıma ən çox pulu bu rayona ayırırdı. Çünki pulun 50 faizi yenidən Rza vasitəsilə Əjdər Cəbiyevə qayıdırdı. Təkcə bu hal ətraflı araşdırılsa milyonların mənimsənilməsi üzə çıxacaqdır. Səlim Müslümovun dostu Rzanın müdiri olub, Rzadan Səlim Müslümova şikayət edəndən sonra Səlim Müslümov Rzanı işdən çıxardıb, əvəzində Əjdər Cəbiyevin məsləhəti və dəstəyi ilə məhkəmə vasitəsi ilə yenidən milyonlar qazandığı işə qayıdıb. Təkcə Rzanın o sistemdən topladığı sərvət ortaya çıxarılsa insanlar dəhşətə gələcəklər.

Səlim Müslümovun kəndçisi və qohumu olan Zaur Rəsulov Yasamal ƏSMM-də müavinət sektorunun işçisi olub, Səlim Müslümovun tapşırığı ilə ünvanlı sosial yardım işinə baxıb. Kasıb insanların sosial yardımlarını mənimsəmək az imiş kimi həyat yoldaşının adına da zamanında ünvanlı sosial yardım işi düzəltdirmişdi. ƏSMM-yə göndərilən yoxlama onun üzərindən çoxsaylı ünvanlı sosial yardım kartları aşkar etdiyindən və banka göndərilən sorğuda ünvanlı sosial yardım işləri üzrə bankomatlardan onun şəkili çıxdığından işdən çıxarılır, amma yenə bir müddət sonra rüşvət hesabına işə qayıdır. Hazırda da o sistemdə işləyir və cinayət əməllərini davam etdirir".

Daha sonra dia.az-a göndərilən məqalədə olduqca ilginc faktlar açıqlanır: "Məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, bu üç şəxsə himayədarlığı zamanında həmin Nazirliyin “Qara kassası” adını almış, hazırda Nazirliyin Daxili Nəzarət şöbəsinin müdiri, Rza Əhmədovun dostu və cinayət ortağı Heybət İmanov edir. O sistemdə işləyənlər yaxşı bilir ki, nazir Füzuli Ələkbərovun dövründə Nazirlikdə korrupsiya şəbəkəsini quran və ona rəhbərlik edənlər nazir müavini İlqar Rəhimov və Heybət İmanov olub. Bu yolla hər ikisi o sistemdən 100 milyonlarla vəsait mənimsəyərək özlərinə biznes imperiyası qurublar. Onların mənimsədikləri büdcəyə qaytarılsa ən azı bir il pensiyaları maliyyələşdirmək olar. Heybət İmanov bunu bildiyindən indi də var qüvvəsi ilə insanların əlilliklərini ləğv etməyə və pensiyalarını dayandırmaq işinə girişib. Bəli, bu yaramaz əmələ nazirlikdə məhz Heybət İmanov başçılıq edir. Elə bilir bu yolla kimlərinsə xoşuna gəlməklə məsuliyyətdən boyun qaçıra biləcəkdir. Daha anlamır ki, geci tezi o sorğu suala çəkiləcəkdir, inşAllah həm yetim yesirin Allahı tərəfindən, həm də aidiyyatı orqanlar tərəfindən.

Ümüd edirik ki, aidiyyatı orqanlar Müslümov-Cəbiyev bandasının cinayət əməllərini tam ortaya çıxarmaq üçün bu şəxlərin də istintaqa cəlb olunmasını həyata keçirəcəklər".

Yazıda iddia olunanlarla bağlı olaraq bütün maraqlı tərəfləri dinləməyə hazırıq... 

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın