Ermənilərin maraqlarına xidmət edənlərin Azərbaycana qarşı qərəzi

15, 05, 21
21:53

Ermənilərin maraqlarına xidmət edənlərin Azərbaycana qarşı qərəzi


Aprelin 13-də “The Guardian” qəzetində dərc edilmiş məqalədə Azərbaycan hakimiyyətinin saxta trollardan istifadə etməsi barədə fikirlər yer almışdır. Müəllif bir müddət öncə “facebook”un Azərbaycanda 8000 saxta profilin bağlamasına istinad etmiş və heç bir əsas olmadan həmin hesabları Yeni Azərbaycan Partiyası ilə əlaqələndirmişdir. Əslində isə həmin 8000 hesab ümumiyyətlə Azərbaycan İP adresləri üzərindən açılmış profillərdir, nəinki hakimiyyətə, eyni zamanda müxalifətə və ya neytral insanlara məxsus ola biləcəyi istisna edilmir.

Belə ki, sadə vətəndaşlarda bir sıra hallarda öz parametrlərinə uyğun olmayan hesablar açaraq müxtəlif məqsədlərlə istifadə edir.

Məqalədə AXCP sədri Əli Kərimlinin fikirlərinə toxunulmuş, hakimiyyətin sosial şəbəkələrdəki resurslarından müxalifətə qarşı istifadə edilməsinə dair fikirlər səsləndirilmişdir. Təəccüblü deyil ki, özünü ana müxalifətin rəhbəri adlandıran şəxsdən bu səpkidə müsahibə alınırsa o, saxta hesabları iqtidarla əlaqələndirəcək və “məzlum”, “yazıq” imici yaradaraq təzyiqlərə məruz qaldıqlarını bildirəcəkdir. Əli Kərimlinin ətrafına topladığı şəxsləri trol qismində istifadə etməsi, onun siyasi fikirlərinə qarşı çıxan partiya funksionerlərini və hakimiyyətdə təmsil olunan şəxsləri necə linç etməsinin hələ ötən illərdə şahidi olmuşuq.

2013-cü ildə Məmməd İbrahimin rəhbərlik etdiyi trol ordusuna verilən tapşırıqların digər müxalif kəsim tərəfindən aşkarlanması, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı ilə bağlı feminist fəallar tərəfindən başlanılmış kampaniya zamanı Kərimlinin “qoçu”larının cəbhədaşlarını trolluğa səsləməsinə dair faktlar yəqinki məqalənin müəllifləri Luke Harding və Erre Gavezin nəzərinə düşməmişdir. Xatırlatmaq istərdik ki, Luke Harding əvvəllər də Azərbaycana qarşı qərəzli və sifarişli məqalələrin müəllifi olmuşdur. O, 2007-2011-ci illərdə “The Guardian” qəzetinin Rusiya Federasiyası üzrə müxbiri vəzifəsində fəaliyyət göstərmiş, lakin sonradan jurnalist qismində pərdələnməsi ifşa olunduqdan sonra ölkədən deportasiya edilmişdir. Luke Harding fəaliyyəti dövründə Dehli və Berlində müxbir kimi çalışmış, bu müddət ərzində Əfqanıstan, İraq və Liviya müharibələri barədə materiallar hazırlamışdır. Onun “Wikileaks”, “Edvard Snouden” və “Aleksandr Litvinenko” hadisələri ilə bağlı məqalələri geniş əks-sədaya səbəb olmuş və qalmaqalla nəticələnmişdir. Luke Hardingin sadaladığmız fəaliyyətini yaxından izləyən, onun məqalələri ilə tanış olan şəxslər sözsüz ki, bu şəxsin əslində qələm adamı olmadığını və xüsusi dairələrə xidmət etdiyini anlayar.

 Maraqlıdır ki, müəlliflər bu məqalədə də jurnalistikanın prinsiplərinə zidd olaraq davranmış, yanlız müxalifət nümayəndələrinə və müxalif “Azad söz” facebook səhifəsinə istinad etmişdir.

 AXCP sədri Əli Kərimli isə canfəşanlıqla xarici dairələrin, onların xüsusi xidmət orqanlarının siyasi tapşırıqlarının icraçısı olan bu jurnalistin, eyni zamanda “Le Monde” qəzetlərinin yazılarını böyük qürur hissi ilə paylaşmaqdan çəkinməmişdir. Görünür AXCP sədri öz trollarının Luke Hardingin gözünə görünməməsindən və ya 44 günlük Vətən müharibəsində bütünlünlüklə erməni maraqlarına xidmət edərək Azərbaycana qarşı qara piar aparmış “Le Monde” qəzetinin fəaliyyətindən məmnunluq duyur.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın