yuxarı
Nazir 8 ay əvvəl təyin etdiyi şöbə rəisini işdən çıxardı
15, 05, 21
11:00
Nazir 8 ay əvvəl təyin etdiyi şöbə rəisini işdən çıxardı
Daxili işlər orqanlarında kadr dəyişikliyi olub.
Azerbaycanraligi.com "unikal.org"-a istinadən xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə, Binəqədi Rayon Polis İdarəsinin cinayət axtarış şöbəsinin rəisi, polis polkovnik-leytenantı Ramin Mehdiyev tutduğu vəzifədən azad olunaraq təqaüdə göndərilib.
Nazirin digər əmri ilə, onun yerinə polis mayoru Namiq Acalov təyin olunub. Qeyd edək ki, o, bu təyinatadək Binəqədi RPİ-nin 5-ci polis bölməsində çalışıb.
Xatırladaq ki, R.Mehdiyev bu vəzifəyə ötən ilin sentyabr ayında təyin edilmişdi.
Azerbaycanraligi.com
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək