Şəhid qəhrəman kəşviyyatçımızın 27 yaşı tamam olur: Ay vətən oğlu...


Cəbrayıl, Vətən uğrunda medalları və Qarabağ ordeni ilə təltif edilmişdir, və ətraf ərazilərin müdafiəsində xüsusi qəhrəmanlıq göstərmiş, 15. 05. 1994-ci ildə Şəmkir rayon Əliyaqublu kəndində anadan olmuş qəhrəman şəhidimiz Namazov Babək Səhman oglunun doğum günüdür.

Ey şəhid oğlu, şəhid istəmə məndən məqbər
Sənə ağuşunu açmış duruyor Peyğəmbər!
(M.A.Ərsoy)


Qarabağ savaşında vətənin, torpağın müqdafiəsinə qalxıb son nəfəsinəcən onu müdafiə edən, döyüşən və şəhidlik kimi müqəddəs bir zirvəyə ucalan oğullarımız haqqında düşünəndə böyük türk şairi Mehmet Akif Ərsoyun bu misaralarını xatırlayıram. Azərbaycan həmişə belə qeyrətli oğulları ilə fəxr edib. O oğullar ki, İkinci Qarabağ müharibəsi başlayanda heç nə düşünmədən vətənin müdafiəsinə qalxdılar. Çünki torpaq, vətən və bir də ana-bacılarımızın namusu onlar üçün çox dəyərli idi.

Belə qeyrətli eloğullarımızdan biri də XTQ kəşfiyyatçı sapyor vəzifəsinə 2018 ci ilin yanvar ayında müddətdən artıq hərbi xidmətdə qalıb işləmiş Babək  Namazovdur. Onun qəhramanlıgı haqqında  çox danşmaq olar. 

1994-ci ildə May ayında dünyaya gəldi. Adını Babək qoydular. Bu uşaq böyüdükcə, həmyaşıdlarından seçilirdi. Cəsarəti emosionallığı ilə diqqət çəkirdi. Evdə onu çox sevirdilər,əzizləyirdilər. Amma nə biləydilər ki, bu istəkli övladın ömür yolu çox qısa olacaq? Cəmi 27 yaş Nə biləydilər ki, əsrlərdən bəri erməni xisləti hər zaman olduğu kimi, yenə də özünü göstərəcək. Çörəyimizi yeyə-yeyə torpaqlarımıza qarşı iddia qaldıracaqlar bu nankor qonşular.

Həmvətənlərimiz əsrlər boyu yaşadıqları dədə-baba torpaqlarından silah gücünə çıxarılır, başlarına min oyun açılır, əsir götürülür, dinc əhali qətlə yetirilirdi. Azğın düşməni yerində oturtmaq lazım idi. Bunu isə bütün qəlbi, ürəyi, vicdanı ilə xalqına, torpağına bağlı olan, onu ürəkdən sevən Babək kimi sədaqətli oğullar edə bilərdilər. Düşmənin qəddarlığına, özbaşınalığına dözə bilməyən Babək Namazov torpağını müdafiə etmək, ana-bacılarımızın namusunu qorumaq üçün ikinci qarabağ müharibəsində döyüşlərə atıldı. Bir-birinin ardınca hərbi əməliyyatlarda iştirak etdi. Heç şübhəsiz ki, döyüş zamanı onun gözünə heç nə görünmürdü.Geridə olan vətən, ona daha da güc verir, Babək bir-birinin ardınca döyüşlərdə düşmənin canlı qüvvəsini və texnikasını sıradan çıxarırdı. Qorxu hissi ona və döyüş dostlarına yad idi.

Babəkin ağlına gəlməzdi ki, bir gün doğma Kəlbəcər Cəbrailin azad olunması ugurunda pirezdentin Vətən ugurunda ordeni ilə təltif edilə 2021 ci ilin Sentiyabırında igid döyüşçülərimiz Malxələf istiqamətində irimiqyaslı hücuma keçirlər. Babək bu döyüşdə fərqlənir və şəxsən özü düşmənin canlı qüvvələrini məhv edir. Onun bu igidliyi Azərbaycanın hər yerində danışılacaq.

İkinci qarabag döyüşlərində Babək xüsusi qəhrəmanlıq göstərirdi. Düşmən onu hədəfə almışdı artıq. Bu qəhrəman azərbaycanlı balasının cəsarətindən heyrətə gəlirdi düşmən. Son nəfəsinəcən vuruşdu Babək. Amma hiyləgər düşmən Babəki nişan ala bildi. Həmin gün son gün oldu Babək üçün.

Dövran başımıza nələr gətirdi,
Doğma Qarbağda kədər bitibdi...


Bu da bir tale, bir qismətdir. Hərdən düşünürəm ki, nə yaxşı ki, bu cür oğullarımız olub, yoxsa digər bölgələrimizin taleyi necə olacaqdı, Allah bilir. Həmin qeyətli oğullar bu gün də var və heç şübhəsiz ki, vaxt gələcək, elə bu qeyrətli oğulların sayəsində işgal olunmuş torpaglarmıza qaydacağıq deyirdik, elədə oldu Baxmayaraq ki, cəmi 27 yaşı vardı,hələ gənc idi, həyatı qabaqdaydı, amma Babək  üçün vətən, torpaq anlamı daha güclü oldu. 

Babək Namazov və onun kimi qeyrətli oğullarımız öz cəsarəti, qeyrəti, şəhidliyi ilə çox söz demək istədi bəzi qeyrətsiz keçəl Həmzələrə... O keçəl Həmzələr ki, tarixən olub, bu gün də var! Onlar hər zaman təkcə öz mənafelərini düşünüblər. Vətən, torpaq onlar üçün ikinci, bəlkə də beşinci, onuncu plandadır. Sabir demişkən: "Millət necə tarac olur-olsun, nə işim var! Düşmənlərə möhtac olur-olsun, nə işim var!" Düşünürəm ki, Babək kimi oğulların qəhrəmanlığı heç vaxt yaddaşlardan silinməyəcək. Tarixə qızıl hərflərlə yazıldı artıq onun qəhrəmanlığı. Deyirlər, şəhidlərin yeri Tanrının yanındadır. Babək Namazov müqəddəs ruhu heç şübhəsiz ki, göylərdə pərvazlanır və rahatdır, Çünki uğrunda canını fəda etdiyi doğma Qarabaq- Şuşa, Ağdam, Füzuli, Qubadlı, Kəlbəcər, Zəngilan, Cəbrayıl artıq mənfur düşməndə deyil...


Qəhrəman Şəhidmiz Babək Namazov kimdir?

Namazov Babək Səhman oğlu 15.05.1994-ci ildə Şəmkir rayon Əliyaqublu kəndində anadan olub. 2012ci ildə Gəncə şəhərində 11 nömrəli orta məktəbi bitirib həmin ildə Bakı texniki universitetinin orta texnika fakültəsinə daxil olmuş 2016 və ildə bitirib hərbi xidmətə getmişdir. Xidmət etdiyi hərbi hissə Cəlilabad rayon Göytəpə kəndi. Hərbi N saylı hissədə XTQ kəşfiyyatçı sapyor vəzifəsinə 2018 ci ilin yanvar ayında müddətdən artıq hərbi xidmətdə qalıb işləmiş, 2019 cu ilin sonunda yaxşı xidmətinə kiçik cavuş rütbəsinə layiq görülmüşdür. 2018 cu ildə Türkiyə də EFES yarısında 1 ci yerə layiq görülmüşdür

Məzarın nurla dolsun, Azərbaycanın qəhrəman oğlu!

Azerbaycanrealligi.com 
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
“Fulya” filminin müəllifi danışdı – “Cavabınızı alacaqsınız!”

“Fulya” filminin müəllifi danışdı – “Cavabınızı alacaqsınız!”

  • 20 iyn, 19:30
“Fulya” filminin müəllifi danışdı – “Cavabınızı alacaqsınız!”
Nadirdən Sərdar Ortacla bağlı qalmaqallı sözlər

Nadirdən Sərdar Ortacla bağlı qalmaqallı sözlər

  • 01 iyn, 12:00
Nadirdən Sərdar Ortacla bağlı qalmaqallı sözlər
Müğənni Ruhinin müstəntiq yeznəsi həbs edildi

Müğənni Ruhinin müstəntiq yeznəsi həbs edildi

  • 19 may, 13:00
Müğənni Ruhinin müstəntiq yeznəsi həbs edildi
Afaq Bəşirqızı əməliyyat olunub

Afaq Bəşirqızı əməliyyat olunub

  • 15 may, 23:30
Afaq Bəşirqızı əməliyyat olunub
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar