Sahil Babayev bizim ailəyə zülm edir: 3 yaşlı iflic olan uşağa əlillik verilmir - VİDEO

12, 05, 21
21:00

Sahil Babayev bizim ailəyə zülm edir: 3 yaşlı iflic olan uşağa əlillik verilmir - VİDEO


Ucar rayonu Yuxarı Şilyan kənd sakini Məlikova Ayşən Qarakişi qızı Sozcu.az saytına yazaraq bildirir ki, anadangəlmə iflic xəstəsi olan övladına əllik təyin etdirə bilmir.

Azerbaycanrealligi.com Həmin müraciəti olduğu kimi təqdim edirik:

Mənim 3 yaşlı uşağım Məlikzadə Tahir Fədail oğlu anadan gəlmə iflicdir. O, nə yeriyə, nə otura nədə ki, danışa bilmir. Üç il ərzində onu stasionar və ambulator müalicələr etdirmişik, ancaq xəstəliyi sağalan deyil. Sanki bir əşyadır ki, ancaq əllə idarə olunur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sağalmaz ağır xəstə uşağıma əlillik təyin edilməsindən qanunsuz imtina edir. Əsas kimi müalicəyə davam qeyd edilir. Ancaq bu 3 il ərzində uşağımı çoxlusayda stasionar və ambulator müalicə etdirsək də, heç bir təsiri olmayıb. Mənim xəstə uşağımı gəlib gözü ilə görən olsa dəhşətə gələr.

Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayev bu videoya baxsın ki, mənim 3 yaşlı uşağım sanki bir əşyadır.Onun yaşda olan uşaqlar yeriyir, danışır və oturur. Mən isə 3 ildir ki, xəstəxanalarda sürünürəm. Allah da bunu götürməz, ancaq nazir Sahil Babayev belə bir qanunsuzluğa yol verir bizim ailəyə zülm edir.

Prezident cənab İlham Əliyevdən və Mehriban xanım Əliyevadan xahiş edirəm mənim anadan gəlmə sağalmaz ağır xəstə uşağıma əlillik təyin olunmasına köməklik etsinlər.

Əlaqə telefonu; (050) 493-21-27


Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın