Vilayət Eyvazov polkovnik-leytenantı idarə rəisi təyin etdi

04, 05, 21
09:00

Vilayət Eyvazov polkovnik-leytenantı idarə rəisi təyin etdi


Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov daha bir kadr təyinatı həyata keçirib. 

Azerbaycanrealligi.com xəbər verir ki, nazirin əmri ilə Ucar Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini, polis polkovnik-leytenantı İsmayılov Səbuhi Arif oğlu tutduğu vəzifədən azad edilib.

Nazirin digər əmri ilə S.İsmayılov Yevlax Rayon Mühafizə Polisi İdarəsinin rəisi vəzifəsinə təyin edilib.

 Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın