Milli Məclisin deputatı Səbinə XASAYEVA: “Erməni soyqırımı” böhtançılıq ideyasıdır


Bütün dünyada qondarma “erməni soyqırımı” təbliğ edən erməni millətçiləri nə üçünsə tarixçilərin arxivləri açmaq, dünyaya real tarixi faktları göstərmək çağırışlarına məhəl qoymurlar Təbii ki, bu, sərf etmir, çünki arxiv sənədləri “erməni soyqırımı” haqqında yalançı faktları alt-üst edəcəkdir.

XIX əsrin ikinci yarısında Türkiyədə “erməni məsələsi” ortaya atılmazdan əvvəl ermənilər Osmanlı tərkibində ən çox üstünlüklərə malik millətlərdən idi. Lakin Osmanlı imperiyasının zəiflətmək, ölkə daxilində münaqişə yaratmaq üçün xaricdə yaşayan ermənilər Türkiyə ərazisində erməni dövlətinin yaradılması məsələsini ortaya atdılar. Avropanı inandırmaq lazım idi ki, ölkədə qanlı toqquşmalar baş verir, ermənilər məhv edilir.

Beləliklə, erməni ideoloqları istəklərinə nail olmaq üçün öz soydaşlarına belə bir fikri aşılamaağa başladılar “Sadəcə qan tökmək lazımdır və ermənilər Avropanın köməyi ilə hər şeyi edəcəklər.”

Elə bunun ardınca ermənilərin terror təşkilatları yaranır və türk kəndlərinə hücümlar təşkil edilir. Məqsəd isə gün kimi aydın idi. Ermənilərlə türkləri qanlı toqquşmalara təhrik etmək. Erməni terrorçular istəklərinə nail olmaq üçün yüzlərlə erməni ailəsini qıraraq bunu türklərin törətdiyini bəyan edirdi. Lakin erməni millətçilərinin minlərlə insanın qanı bahasına Türkiyə ərazilərində dövlət qurmaq planları ürəklərində qaldı.

Məqsədlərinə nail ola bilməyən daşnaklar öz planlarını Qafqazda reallaşdırmaq üçün səfərbər oldular. Andranikin rəhbərliyi altında Azərbaycan torpaqlarında görünməmiş qətliamlar və vəhşiliklər törədildi.

İndi erməni millətçiləri qondarma “erməni soyqırımını” hər il qabardaraq “24 aprel” şousunu nümayiş etdirməklə özlərini məzlum, yazıq, əzablar görmüş xalq kimi göstərməyə çalışırlar. Amma bu məzlumluğun arxasında əsrlərdən bəri uzanan qanlı əllər dayanır.

Artıq bütün dünyaya məlumdur ki, qondarma “erməni soyqırımı” böyük siyasətdə həm alət. həm də böhtançılıq ideyasıdır.

Azerbaycanrealligi.com 
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Afaq Bəşirqızı əməliyyat olunub

Afaq Bəşirqızı əməliyyat olunub

  • 15 may, 23:30
Afaq Bəşirqızı əməliyyat olunub
Koronavirusa yoluxan Mətanət İsgəndərlinin səhhəti ilə bağlı AÇIQLAMA

Koronavirusa yoluxan Mətanət İsgəndərlinin səhhəti ilə bağlı AÇIQLAMA

  • 11 may, 22:00
Koronavirusa yoluxan Mətanət İsgəndərlinin səhhəti ilə bağlı AÇIQLAMA
Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Baş direktoru Kərim Şükürovun 65 yaşı tamam olur

Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Baş direktoru Kərim Şükürovun 65 yaşı tamam olur

  • 10 may, 13:36
Milli Elmlər Akademiyasının Tarix İnstitutunun Baş direktoru Kərim Şükürovun 65 yaşı tamam olur
Xalq artistinin həyat yoldaşı ona şiddət göstərib? – VİDEO

Xalq artistinin həyat yoldaşı ona şiddət göstərib? – VİDEO

  • 08 may, 20:00
Xalq artistinin həyat yoldaşı ona şiddət göstərib? – VİDEO
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar