10 il əvvəl, 2 mayda öldürülən “1 nömrəli” terrorçu...

02, 05, 21
17:00

10 il əvvəl, 2 mayda öldürülən “1 nömrəli” terrorçu...


Bin Ladeni vuran adamlar kitablarında nələri yazıb?


“Əl-Qaidə” lideri Üsamə bin Laden 2011-ci ilin 2 mayında Amerika xüsusi təyinatlıları tərəfindən öldürüldü. Bin Ladenin öldürülməsindən sonra həmin gün baş verənlərlə bağlı əməliyyatlarda iştirak edənlər bir-birinin ardınca maraqlı kitablar dərc etdilər.

2017-ci ildə ABŞ Hərbi Donanmasının xüsusi təyinatlı “SEAL”ın döyüşçüsü Robert O'Neillin “Operator” adlı kitabı nəşr olunub. Kitabda Pakistanın Abbottabad şəhərində Üsamə bin Ladenin məhv edilməsi əməliyyatının necə aparıldığı çox detal şəkildə izah edilir. Onun kitabı Pentaqonun razılığı ilə nəşr olunmuşdu, amma maraqlı olan Robert O'Neillin personası idi. O, axı “1 nömrəli terrorçu”nu öldürən adam idi...

Müəllif yazır ki, terrorçunun gizləndiyi evə hücum üçün 2 “Black Hawk” helikopteli ayrılmışdı. Həm helikopterlər Əfqanıstandakı Baqram aerodromundan havaya qalxıblar və gecə Pakistan hərbçilərinə xəbərdarlıq etmədən sərhədi keçiblər.

Kəşfiyyatın məlumatlarına görə, Üsamə bin Laden hündür çəpərli ərazidəki böyük bir evin üçüncü- sonuncu mərtəbəsində yaşayırdı. Ora girmək üçün öncə terrorçunun 23 yaşlı oğlu Xalidi öldürmək lazım gəlib.

O'Neill yazır ki, qaydalara görə, 24 nəfərlə birgə girdikləri evdə yeni qüvvələrin gəlməsini gözləməli idilər, ancaq özü və daha bir xüsusi təyinatlı ilə üçüncü mərtəbəyə çıxıblar. Üçüncü mərtəbədəki otaqlardan birində "uzun və arıq" görünən, eyni zamanda "qısa və boz saqqallı" Usamə bin Ladeni görüblər. Usamə yanında olan beşinci arvadının arxasında gizlənməyə çalışıb, amma amerikalı xüsusi təyinatlı qadının çiyninin üstündən terrorçunu nişan alıb və tətiyi iki dəfə çəkib: “O yerə yıxıldı. Sığorta üçün onun başına daha bir güllə vurdum” O'Neill yazıb.

O'Neill həmin gün yazmadığı hadisə də olub. Məsələn, əməliyyat zamanı xüsusi təyinatlıların helikopteri bin Ladenin olduğu evin həyətində yerə çırpılıb. Heç kim zərər görməyib, lakin özləri helikopteri daha sonra partladıblar.

Bin Ladenin məhv edilməsində iştirak edən Matt Bissonettinin memuar yazmaq istəyinə Pentaqon razılıq verməyib. O, O'Neilldən dərhal sonra üçüncü mərtəbəyə qalxan xüsusi təyinatlı olub. Amma Pentaqonun narazılığına baxmayaraq, o da Mark Oven təxəllüsü ilə "Asan olmayan gün" adlı kitab dərc etdirib.

“Sonuncu mərtəbəyə çatmağa beş pilləkən qalmış iki boğuq səs-küy eşitdik... Açıq qapıya yaxınlaşdıq və içəri baxdıq. Uzun gecə paltarları geyinmiş iki qadın yatağın yanında yerdə uzanan kişinin cəsədinin başında dayanmışdılar ... Əynində ağ köynək, boş şalvar və eyni rəngli paltar vardı. Güllə ona başının sağ tərəfindən dəymişdi ...Bədəni hələ də titrəyirdi. Silahımızı ona tərəf yönəltdik və hərəkətsiz qalana qədər sinəsinə bir neçə atəş etdik ...”-xüsusi təyinatlı yazır.

Xüsusi təyinatlı yazır ki, yatağından götürdüyü yorğanla üzünü silib: “Onun cəsədinə indi daha diqqətlə baxmağa başladım. O, düşündüyümdən gənc görünürdü. Saqqalı qara rənglə sanki təzəcə boyanmışdı ... Bu vaxt balkonda olan xüsusi təyinatlı Vill də cəsədin Bin Ladenə aid olduğunu təsdiqləməyə çalışırdı. Bir neçə cəhddən sonra əlaqə yarada bilmədi və balkonda səssizcə oturan uşaqlara üz tutdu. Qızlardan birinin qarşısında diz çökdü.

- Bu kimdir?

- Üsamə bin Laden.

-Üsamə bin Laden olduğuna əminsən?

- Bəli… Qız başını tərpətdi.

- Yaxşı, təşəkkür edirəm”.

Matt Bissonettin yazır ki, üçüncü mərtəbənin girişindəki qapının üstündəki rəf diqqətini çəkib: “Orada bir AK-47 avtomatı və bir “Makarov” tapançası vardı. Silahları götürdüm, amma içlərilərində güllə yox idi. Demək o, müqavimət göstərmək, döyüşmək fikri olmayıb. On illərdir ki, tərəfdarlarını silahlılara qoşulmağa çağıran biri silahlarını boş saxlamışdı…"
 
Pentaqon kitab nəşr edildikdən sonra əməliyyatın təfərrüatlarını açıqladığı üçün Bissonettinı məhkəməyə verdi. Məhkəmə müəllifin 4 il ərzində ABŞ hökumətinə kitabdan aldığı gəlirə bərabər məbləğ ödəməli olduğuna qərar verdi. Yəni 6,6 milyon dollar…

Hər iki müəllif tərəfindən yazılmış kitabda təsvir olunan personajlar arasında Mərkəzi Kəşfiyyat İdarəsindən olan yaraşıqlı bir gənc sarışının adı da hallanırdı. Pakistanda bin Ladenin sığınacağını tapan və gizləndiyi ev haqqında bütün məlumatlara cavabdeh olan o sarışın olub.

Həmin sarışın agent Ketrin Biqeloun "1 nömrəli hədəf " filmində əsas personaj olub. Filmldə adı Maya olan sarışın agentin 5 il ərzində bin Ladenin yerinin müəyyənləşdirmək üçün axtarışları geniş əks olunub. 2013-cü ildə film bir neçə “Oscar” da qazandı…

Bin Ladenin cəsədi genetik analiz üçün “Karl Vinson” gəmisi ilə Fars körfəsinə göndərildi. Həqiqətən də Bin Laden olduğundan əmin olduqdan sonra amerikalılar onu ərəbcə dua edərək dənizə atıblar…

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın