Ramazan ayının 13-cü gününün imsak, iftar və namaz vaxtları – FOTO

26, 04, 21
01:00

Ramazan ayının 13-cü gününün imsak, iftar və namaz vaxtları – FOTO


Sabah Ramazan ayının 13-cü günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 26-da imsak vaxtı saat 04:08-də, iftar vaxtı isə 19:45-dədir.

Aprelin 26-ı üçün namaz vaxtları:

Sübh azanı 04:18

Zöhr azanı 12:39

Əsr azanı 17:30

Məğrib azanı 19:45

İşa azanı 20:53

13-cü günün imsak vaxtı üçün duanı təqdim edirik:

“Allahummə təhhirni fihi minəd-dənəsi vəl-əqzar. Və səbbirni fihi əla kainatil-əqdar. Və vəffiqni fihi lit-tuqa və suhbətil-əbrar. Bi-ovnikə ya qurrətə eynil-məsakin!”

Tərcüməsi: “İlahi, bu gün məni günahların kəsafət və çirkinliyindən təmizlə! Qəzavü-qədərə uyğun bu gün baş verən hadisələrdə məni səbrli et! Bu gün məni təqvaya və yaxşı insanların söhbətinə müvəffəq et! Yardımına and verirəm, ey çarəsizlərin gözünün işığı!”

İftar duası:

“Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu ya vasiəl məğfirət-iğfirli!”

Tərcüməsi: “İlahi, Sənin üçün oruc tutdum və Sənin ruzinlə iftar edib, yalnız Sənə təvəkkül edirəm!”
Allah orucunuzu qəbul etsin!




Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın