HƏKİM HƏBSLƏRİ deputat Kəmaləddin Qafarovu da narahat edir? - İDDİA

26, 04, 21
15:00

HƏKİM HƏBSLƏRİ deputat Kəmaləddin Qafarovu da narahat edir? - İDDİA


Son bir ildə rüşvət və korrupsiyaya görə həbs olunanlar arasında icra başçıları üstünlük təşkil edirdi.

Son həbslər isə onu göstərir ki, artıq səhiyyə sahəsindəki problemlər ölkə rəhbərliyinin birbaşa diqqət mərkəzindədir.

Söhbət 1 gün öncə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin həbs etdiyi “Yeni klinika”nın direktoru Pərviz Abbasov və FHN-nin Zığ qəsəbəsindəki Modul tipli xəstəxanasının baş həkimi İmran Ağayevdən gedir.

Həqiqətən də ölkə rəhbərliyi səhiyyə sahəsindəki problemləri aradan qaldırmaq üçün TƏBİB yaradır, müasir tələblərə cavab verən xəstəxanalar qurulur, müasir tibb avadanlıqları alınır, səhiyyə sisteminə milyonlar xərclənir. Amma nəticə yoxdur.

Ona görə də ölkə rəhbərliyi səhiyyə sistemini “qara yaralar”dan təmizləmək üçün “əməliyyat” keçirməyə məcbur olur.

Həqiqətən də ölkədə və dünyada koronavirus adlı fəlakətlə mübarizə aparmaq üçün əməlli-başlı “müharibə” gedir, amma səhiyyəmizin “generalı” Oqtay Şirəliyev qeybə çəkilib, TƏBİB öz işinin öhdəsindən gəlmir, xəstəxanalarda rüşvət ərşə dirənib. Hər gün nə qədər insan virusdan ölür. İnsanlarda ümidsizlik, çarəsizlik baş alıb gedir.

Belə bir dəhşətli vaxtda xəstəxananın direktoru Pərviz Abbasov koronavirus xəstələrinin “Yeni klinika” tibb müəssisəsində stasionar müalicə alması üçün hər xəstənin yaxınlarından 3000-3500 manat məbləğində rüşvət alır.

Xəstələr yaşamaq uğrunda çırpışır, ölümlə mübarizə aparır, həkim isə 3500 manat pul tələb edir. Axı, bu xəstəxana dövlətindir, dövlət sizə maaş verir, dərmanları verir. Bura sənin dədənin deyil e, Pərviz Abbasov.

Belə həkimlərin bəxti onda gətirib ki, Stalinin dövründə olmayıblar. Yoxsa belə baş həkimləri kollektivin gözü qarşısında küçə iti kimi güllələyərdilər.

Digər həbs olunan baş həkim - Fövqəladə Hallar Nazirliyinin Tibb Mərkəzinin Modul Tipli Hospitalının baş həkimi Ağayev İmran Əli Ağa oğludur. O da həmkarı kimi koronavirus xəstələrinin rəhbəri olduğu tibb müəssisəsində yerləşdirilməsi, eləcə də, müalicə alan xəstələrin daha yüksək səviyyəli tibbi və sair təminatla təchiz edilmələri müqabilində müxtəlif məbləğlərdə rüşvət alıb.

Doğrudan da çox dəhşətli məsələdir. İnsan aman diləyir, ölüm ayağındadır, həkim isə rüşvət tələb edir. Bunun üçün həkim nə qədər şərəfsiz, əclaf, faşist olmalıdır. Adam söz də tapmır.

Görəsən bütün bunlar Kəmaləddin Qafarova dərs olacaqmı ?

Söhbət Milli Onkologiya Mərkəzinin ( MOM ) direktor müavini, səhiyyəmizin “xərçəngi”, “qara yarası”, “bədxassəli şişi” adını qazanmış, Milli Məclisin üzvü Kəmaləddin Qafarovdan gedir. Keçmişi üzümçü-tərəvəzçi olan bu adam səhiyyə sisteminə haradan gəlib düşüb ?

Tibb təhsili olmayan bu adam ölkənin ən böyük tibb ocaqlarından birinə necə rəhbərlik edir ?

Bu adam üçün onkoloji xəstə ancaq pul deməkdir. Onkoloji xəstədən ilk müraciət zamanı 500 manata yaxın pul alırlar. Sonra kimyaterapiya üçün 300 manat, sonra şüa qəbulu 1000 manat, sonra pozitron-emissiya tomoqrafiyasına görə 1500 manat, sonra...ehh…

Bu adam “AzəriMed” şirkətinin sahibidir.

Onkologiya Mərkəzi isə bu adamın şirkətindən 43 milyon manat dəyərində mal alır.

Satan Kəmaləddin, alan Kəmaləddin. Bir məsələ var deyir?

Alan razı, Satan razı, Nəyə lazım qazı…

Milli Onkologiya Mərkəzi (MOM) “Azeri Med” MMC ilə tibbi ləvazimatlar, sarğı materialları, dərman preparatlarının alınmasına dair 10 mln. 120 min manatlıq müqavilə imzalayıb.

2018-ci ilin yanvarından MOM “Azeri Med” MMC ilə tibbi ləvazimatlar, sarğı materialları, dərman preparatlarının alınmasına dair ümumi dəyəri 29 mln. 617,6 min manat ($17,4 mln.) olan müqavilələr imzalayıb.

Kəmaləddin Qafarov “Zəfəran” apteklər şəbəkəsinin sahibidir.

Bunlara qane olmayan Qafarovlar ailəsi həm də “VERSAL PALACE” MTK-ya sahibdir, Ağ Şəhərdə binalar tikir. Qafarovun xeyli biznesini yaxın qohumu Canilya Qafarova idarə edir. “Versal Palace” Elmira Məmmədovanın adınadır. Kimliyini müəyyən edə bilmədik.

Bütün bunlara sahib olan, hələ üstəlik deputat olan Kəmaləddin Qafarov Allahın etmədiyi zülmü xərçəng xəstələrinə edir.

Yəqin ki, yaxın günlərdə Kəmaləddin Qafarovu da həmkarlarının yanına apararlar. Bir mahnıda deyilən kimi, “Səni deyirlər”, Kəmaləddin Qafarov... (gundelik-baku.com)

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın