Nazir sabiq deputatın rəis müavini qardaşını işdən çıxardı - Əmr imzalandı

28, 03, 21
18:00

Nazir sabiq deputatın rəis müavini qardaşını işdən çıxardı - Əmr imzalandı


Sabiq deputat Sona Əliyevanın qardaşı Adil Əliyev vəzifədən çıxarılıb. Bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Nazirin əmri ilə Gəncə şəhər Baş Polis İdarəsinin Kəpəz Rayon Polis İdarəsinin əməliyyat işləri üzrə rəis müavini, polis polkovnik-leytenantı Adil Əliyev vəzifəsindən azad olunaraq sərəncama götürülüb.

Qeyd edək ki, Sona Əliyeva deputatlığı dövründə anası Bəsirə Əliyevanın ona qarşı iddiaları ilə gündəmə gəlib. Anası Bəsirə Əliyeva və qardaşı Ruslan Əliyev həmin vaxt deputat olan S.Əliyevanı səlahiyyətlərindən istifadə edərək atalarından qalma əmlakı ələ keçirmək cəhdində ittiham etmişdi. 

Ancaq Sona Əliyeva bu ittihamları rədd etmişdi və qardaşı Ruslan Əliyevin atasının ona vəsiyyət etdiyi əmlakı da ələ keçirmək üçün bu yola baş vurduğunu bildirmişdi. Sona Əliyeva atasından qalan bütün əmlakdan imtina etməklə haqlı olduğunu göstərmişdi.

Azerbaycanrealligi.com


Bizimlə əlaqə saxlayın