Ata Abdullayevin həbsinin pərdəarxası. O, kimdir və niyə həbs olundu?

14, 03, 21
11:24

Ata Abdullayevin həbsinin pərdəarxası. O, kimdir və niyə həbs olundu?


Dövri mətbuatdan bildiyimiz kimi Ata Abdullayevin tarixcəsində blogerlikdən öncə bir xeyli dələduzluq cinayətləri mövcud idi. Onun xarici ölkə vətəndaşları ilə müxtəlif cinayət tərkibli işlərdə "podelnik" olduğu üzə çıxmışdı.

Hələ o zamanlar əksər ictimai aktivlər onun haqqında yazarkən bildirirdilər ki, o cinayətlərini ört-bas etmək üçün bu fəaliyyətə əl atıb. Özünü jurnalist kimi papulyarlaşdırmağa çalışır ki, hüquq mühafizə orqanları qarşısında nisbətən özünü müdafiə etməyi bacarsın.

Ata Abdullayev bu minvalla özünün xarakterik cinayətkar təbiətli tərbiyəsizliyini, cəmiyyətə sırayət etdirməyə başlamışdı.

Bu işdə yəqin ki, ona texnoloqluq edənlərdə olmamış deyildi.

Ona başa salmışdılar ki, kohnə komandanın "xoxan"a çevirdiyi, bitmiş müxalifət liderinə tərbiyəsiz hücum etmək, səni yuxarıların gözündə ucaldacaq.
DTX bu dəfə Dövlət Sərhəd Xidmətinin vəzifəli şəxslərini saxladı | marja.az
Bunu başa salanlar həmdə prezidenti gözdən salmağa çalışanlar idi.
Son olaraq fevralın 26-da Xocalı soyqırımının anım günündə elədiyi hədsiz tərbiyəsizlik, daha ağın çıxartmaq idi.

O da, təbii ki, siyasi savadı olmadığına görə etdiklərinin haralara varacağını bilmədən, dövlətin ictimai tədbirlərində tipik tərbiyəsizliklər nümayiş etdirməklə dayazların düşüncəsində rezonans yaratmağı bacarsa da, dövləti gözdən salırdı.

Təbii ki, ziyalı cəmiyyətin bu məxluqa sonsuz nifrəti məhz belə əməllərindən formalaşmışdı.

Ziyalıların nifrətini hiss edən bu "jurnalist" özünə qarşı yaranmış nifrəti hiss etməmiş deyildi. O, bu stereotipi dağıtmaq üçün sosial vəziyyəti aşağı olan toplumun rəğbətin qazanmaq yolunu tutmağa çalışırdı. Sahibkarlara, məmurlara da salqın xəstəlik kimi saldırmağa buradan başladı.

Pandemiya dövründə işləyın obyektlərə hücumu, müxtəlif məmurlara hücumu da bundan doğurdu.

Həmdə axı adamın dələduz, şantajçı kimi cinayətkar xarakteri və keçmişi var.

Bu xarakter, yaranmış tendensiyadan həmdə pul qazanmaq tələbini ortaya qoyur axı.

Ona görə şantajla tələblərdə artıq onun iş prinsipinə çevrildi.

Ata Abdullayev

Uzun zaman cəzasız qalmağı, artıq bu şəxsin ətrafına özükimikər komandası da toplayırdı.

Belə ki, artıq bu salqın virus yoluxdurmağa başlayaraq bloger aləmində, jurnalist aləmində özünə oxşayanlar yaratmağa başlayırdı.

Nəhayət DTX cəmiyyətə sirayət eləmiş, ictimai sektora yoluxmuş, gənc jurnalistləri və blogerləri yoluxdurmuş bu "blogevirusu" zərərsizləşdirərək cəmiyyətin dövlət düşüncəsini hər mənada xəstələnməkdən xilas elədi.
Cavid Musazadə

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın