Müalicədən sonra qazimizin dili açıldı

13, 03, 21
22:00

Müalicədən sonra qazimizin dili açıldı


44 günlük Vətən Müharibəsində ürəyindən qəlpə yarası alan Elçin Səmədovun müalicəsi başa çatıb.

Azerbaycanrealigi.com xəbər verir ki, bu barədə İTV məlumat yayıb. Bildirilib ki, qazimiz təxliyyə olunaraq Qəbələdəki evinə yola salınıb.

Aldığı xəsarət səbəbilə nitqində problem yaranan Elçinin müalicədən sonra nitqi də xeyli düzəlib.

Xatırladaq ki, bir müddət əvvəl Elçin Səmədovun vaqon evdə yaşaması ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılmışdı. Məsələ ictimailəşdirildikdən sonra yardımsevər şəxslər tərəfindən o və ailəsi evlə təmin edildi.

Azerbaycanrealigi.com

Bizimlə əlaqə saxlayın