Şuşada əsir götürülən muzdlu erməni qadın Maral Nacaryan Livana qayıtdı - Qarabağda Azərbaycana qarşı döyüşürdü

11, 03, 21
10:59

Şuşada əsir götürülən muzdlu erməni qadın Maral Nacaryan Livana qayıtdı - Qarabağda Azərbaycana qarşı döyüşürdü


Dağlıq Qarabağda döyüşlərə qatılan erməni əsilli Livan vətəndaşı Maral Nacaryan əsirlikdən azad edilib. Bu barədə erməni deputat Naira Zöhrabyan “Facebook” hesabında yazıb. O qeyd edib ki, Nacaryan indilərdə Beyrutdakı evinə çatıb. 

Erməni qadının geri qaytarılmasında Rusiya Federal Məclisinin Federasiya Şurasının sədri Valentina Matvienkonun səyləri xüsusi vurğulanır. 

Qeyd edək ki, Livan vətəndaşı olan snayper Maral Nacaryan müharibə dövründə Azərbaycana qarşı vuruşmaq üçün həyat yoldaşı ilə birlikdə Qarabağa gəlib. Onun sonuncu dəfə Şuşa döyüşlərində iştirak etdiyi, daha sonra əsir düşdüyü bildirilir.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın