“Jalə Əhmədova seçiciləri təhdid və şantaj edir” - İDDİA


“Rayonumuzun deputatı Jalə Əhmədova problemlərimizi həll etmək əvəzinə, bizə iftira atır, seçicilərini həbs etdirməklə hədələyir”.

Azerbaycanrealligi.com xəbər verir ki, Ovqat.com-a bu barədə məlumatı Salyan rayon sakini, I Qarabağ müharibəsi qazisi Elçin Əziz verib.

Onun sözlərinə görə, seçkilərdən əvvəl seçicilərə böyük vədlər verən xanım deputat mandatını cibinə qoyandan sonra tamamilə dəyişib. Rayonda sadə seçicilərin yox, adı dələduzluqda hallanan sabiq məmurların himayədarına çevrilib: “İş o yerə çatmışdı ki, məktəb direktoru işlədiyi vaxtlar özünə saxta sinif yazdırıb ən azı 18 min manat mənimsəyən Əbülfəz Bədəlov adlı birini özünə köməkçi götürmüşdü. Biz bu adamın əməllərini ifşa etdikdən sonra köməkçisini dəyişdirməyə məcbur oldu”.

Millət Vəkili Jalə Əhmədova

Şikayətçinin iddiasına görə, deputat Jalə Əhmədova məhz bu ifşa hadisəsinə görə onu şantaj edib həbslə hədələyir: “Mənim şikayət rəyimin altında yazır ki, guya ona hansısa işimi düzəltməsi üçün müraciət etmişəm. İşimi düzəltmədiyinə üçün onu şantajla məşğulam. Halbuki mən bu deputatla nə üz-üzə gəlmişəm, nə də hansısa mesaj yazmışam. Heç bir zaman təmasım olmadığı adama necə rüşvət təklif edə bilərəm? Deputatlıq səlahiyyətindən, hakimiyyətdəki əlaqələrindən istifadə edərək, narazı seçiciyə bu cür hədə-qorxu gəlmək suçluluq psixologiyasının təzahürüdür və deputat mandatı daşıyan bir insana ümumiyyətlə yaraşmır”,- şikayətçi belə deyir. 

Elçin Əzizin bildirdiyinə görə, deputatın onunla “prinsip aparması”nın digər səbəbi bəzi problemləri dilə gətirməsi olub: “Bizim deputatdan əsas istəyimiz “Regionların inkişafına dair dövlət proqramı”nın həyata keçirilməsinə diqqət ayırması idi. Çünki bu, Prezident İlham Əliyevin imzaladığı proqramdır və ən azı buna görə həyata keçirilməsinə bir deputat kimi Jalə xanım da kömək etməlidir. O isə bizim harayımızı eşitmək belə, istəmir. Biz də məcbur qalıb problemlərimizi sakini olduğumuz yerli bələdiyyə sədrinə çatdırdıq. Bələdiyyə sədri də deputata məktub yazaraq problemin həllinə köməklik göstərməsini istədi. Deputat indi bunu ona təklif edilən rüşvət kimi qiymətləndirir”.

Rayonda fermer təsərrüfatlarının problemlərinə KTN-nin biganə yanaşdığını, bu il müşahidə olunan quraqlıq nəticəsində hər kəsin əziyyət çəkdiyini bildirən həmsöhbətimiz sözlərinə görə, Salyanda əhalinin üz tuta biləcəyi heç bir dövlət orqanı yoxdur: “Əhali məcburən dərdlərini deputat vasitəsilə yuxarı orqanlara çatdırmağa çalışır. Xanım deputat isə hakimiyyətdəki yerini pis etməmək üçün ictimaiyyətin tələblərinə barmaqarası baxır və heç kimin şikayətini eşitmək istəmir. Mənim kimi danışanları da şantaj yoluyla susdurur”.
“Jalə Əhmədova seçiciləri təhdid və şantaj edir”
 I Qarabağ müharibəsi qazisi Elçin Əziz

Şikayətçinin bildirdiyinə görə, hər yerdən əli üzülən seçicilər əlacsız qalıb dərdlərini Facebookdakı “Bizim Salyan” səhifəsi ilə ona çatdırıblar. Əvəzində isə heç bir ölçüyə sığmayan reaksiya ilə üzləşiblər.

Elçin Əzizin bəhs etdiyi “Bizim Salyan” səhifəsində deputatın fəaliyyətini tənqid edən statusda bildirilir: “Bu ya bizi ələ salıb, ya da biz Marsda yaşayırıq, Salyandan xəbərimiz yoxdur!

Salyanın deputatı Jalə Əhmədova: "Seçici müraciətlərinin hər birinə fərdi yanaşmış, səlahiyyətlərim çərçivəsində müsbət həllinə çalışmışam"”,- statusda belə yazılıb.

Jalə xanım da öz növbəsində onu tənqid edənlərə bu cür cavab verib:

“Burda şir aslana dönənlər bura yazdıqlarınızı üzümə deyə bilərsizsə gəlin qəbula deyin. Boş boş danışıb insanları ələ salmayın. Elçin Aziz siz deyildiz mənə deyən ki, Jalə xanım Kürqaraqaşlı kəndində filan işimizi həll edin hörmətini edəciyik? Bizdə qazanaq Jalə xanım sizdə qazanın. Təklifinizi rədd etmişəm deyə indi durub burda Bizim Salyan saytına məqalə yazdırırsız. Haqqınızda deputata rüşvət təklif etmə maddəsi ilə polisə müraciət edəcəyimdən xəbəriniz olsun. Burda bu yazıları oxuyub, bilib bilmədən yazanlarında xəbəri olsun ki, burda gedən bütün məqalələr pulla və məqsədyönlü yazılır. Və biləsiz ki, mən heç kimsəyə bənzəmirəm, bu yaşa kimi ləyaqətim, namusum və vicdanımla yaşamışam, bundan sonrada mənə kiminsə artıq əskik söz deməyinə izin vermərəm! Siyasi vəzifə daşıyan deputatın işgüzar nüfuzuna xələl gətirdiyiniz üçün Bizim Salyan saytı qanun qarşısında cavab verəcək!”.

Deputat Jalə Əhmədovanın mövqeyini də işıqlandırmağa hazırıq. 

Azerbaycanrealligi.com
Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Flora Kərimova keçmişindən danışdı: “Deyirdilər ki, 7 əri var“ - VİDEO

Flora Kərimova keçmişindən danışdı: “Deyirdilər ki, 7 əri var“ - VİDEO

  • 16 fev, 23:00
Flora Kərimova keçmişindən danışdı: “Deyirdilər ki, 7 əri var“ - VİDEO
Fədayə Laçın: Manaf kişi oğlu kişidir. Dar günün dostudur!

Fədayə Laçın: Manaf kişi oğlu kişidir. Dar günün dostudur!

  • 06 fev, 15:00
Fədayə Laçın: Manaf kişi oğlu kişidir. Dar günün dostudur! 
“Yeni nazirimizə dedim ki... ” - Afaq Bəşirqızı mədəniyyət sahəsindəki durumdan danışdı

“Yeni nazirimizə dedim ki... ” - Afaq Bəşirqızı mədəniyyət sahəsindəki durumdan danışdı

  • 12 yan, 23:30
“Yeni nazirimizə dedim ki... ” - Afaq Bəşirqızı mədəniyyət sahəsindəki durumdan danışdı
Xocalıda “Xocalı soyqırımı” muzeyi yaradılacaq

Xocalıda “Xocalı soyqırımı” muzeyi yaradılacaq

  • 12 dek, 19:30
Xocalıda “Xocalı soyqırımı” muzeyi yaradılacaq
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar