Bakıdan Təl-Əviv və Tehrana uçuşlar DAYANDIRILDI

16, 06, 25
12:30

Bakıdan Təl-Əviv və Tehrana uçuşlar DAYANDIRILDI


Yaxın Şərqdə baş verən son hadisələr və bölgədə bir sıra ölkələrin hava məkanlarının bağlaması ilə əlaqədar “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinin bir sıra reysi ləğv olunub.

"Azərbaycan Reallığı" xəbər verir ki, Yaxın Şərqdə baş verən son hadisələr və bölgədə bir sıra ölkələrin hava məkanlarının bağlaması ilə əlaqədar AZAL-ın 16 iyun 2025-ci il tarixində həyata keçirilməsi planlaşdırılan aşağıdakı reyslər ləğv olunub:

• Bakı – Dammam – Bakı (J2 8205/8206)

• Bakı – Bəhreyn – Bakı (J2 505/506)

• Bakı – Ər-Riyad – Bakı (J2 8203/8204)

• Bakı – Lahor – Bakı (J2 145/146)

Bundan əlavə, aşağıdakı istiqamətlər üzrə bütün reyslərin müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilib:

• 18 iyun – 30 iyun tarixlərində Bakı – Təl-Əviv – Bakı

• 19 iyun – 30 iyun tarixlərində Bakı – Tehran – Bakı

Ləğv edilmiş və ya dayandırılmış reyslər üzrə bileti olan sərnişinlər ödənişin tam geri qaytarılması və ya biletlərin cəriməsiz dəyişdirilməsi hüququna malikdirlər. Bununla bağlı sərnişinlər [email protected] elektron poçt ünvanı vasitəsilə aviaşirkətə müraciət edə bilərlər.


Bizimlə əlaqə saxlayın