Qarabağa qaytarılan ermənilərin sayı açıqlandı - SON DƏQİQƏ

02, 01, 21
18:00

Qarabağa qaytarılan ermənilərin sayı açıqlandı - SON DƏQİQƏ


Rusiya sülhməramlılarının müşayiəti ilə daha 60-a yaxın erməni avtobuslarla İrəvandan Xankəndinə gətirilib.

Azerbaycanrealligi.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, məlum razılaşmadan sonra bu günə kimi 47 mindən çox erməni Dağlıq Qarabağa qaytarılıb.

Bütün təmas xətti boyunca atəşkəs müşahidə olunub.

Sülhməramlılar 405,3 hektar ərazini, 160,3 km yolu, 617 yaşayış binasını, o cümlədən 22 sosial əhəmiyyətli obyekti partlamamış hərbi sursatlardan təmizləyiblər. 17 215 partlayıcı obyekt aşkar edilib və zərərsizləşdirilib.

Bu günə kimi qaynar xəttə itkin düşənlərlə bağlı 554 müraciət daxil olub.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın