Quldur molla rejimindəki “Şiə ayparası”nın mənfur ANTİ-AZƏRBAYCAN SİYASƏTİ

06, 12, 20
13:22

Quldur molla rejimindəki “Şiə ayparası”nın mənfur ANTİ-AZƏRBAYCAN SİYASƏTİ


İlk dəfə 2004-cü ildə İordaniya Kralı II Abdullah “şiə ayparası” ifadəsini işlətdi. Belə ki, 2004 cü ildə İranın İraqda keçirilən seçkilərə müdaxiləsindən dolayı bu ifadə işlədilmişdir. Şiə ayparası nədir? İran fars-molla rejimi “şiə ayparası” adı və formasında bölgədə güc mərkəzi, daha doğrusu fars imperializmini qurmağa çalışır.

“Şiə ayparası”na Livan, Suriya, Bəhreyn, Iraq, Azərbaycan, Yəmən və Əfqanistanın qərb bölgəsi daxil edilmişdir. Şiə ayparasında yer almış iki ölkə Azərbaycan və Bəhreyindən başqa ölkələr fars imperialistlərinin bu planını müsbət qarşılamışlar. Çünki, Livan, Suriya, Iraq, Yəmən və Əfqanistanın qərb bölgəsi iqtisadi və siyasi baxımdan rəsmi Tehran hökumətinin nüfuz daxilindədir. Yeri gəlmişkən qeyd etmək lazımdır ki, 2016-cı ilin yanvar ayında Səudiyyə şahzadəsi Məhəmməd ibn Səlman demişdir ki, İran orta şərqin bütün nöqtələrində varlığını təmin edərək şiə ayparası yaratmışdır.

Bu gün İran orta şərqin əsasən İraq, Suriya, Yəmən və Livanın böyük hissəsində müəyyən hərbi gücə malikdir. Belə ki, İraqda Səddam Hüseyn rejiminin devrilməsindən sonra Amerika ilə yanaşı İraq torpaqlarına İran silahlı qüvvələri xüsusi ilə İran xüsusi xidmət orqanları daxil oldu. İran qüvvələri İraqda şiələrlə birlikdə hərəkət etdi. Fars-molla rejiminin bu müdaxiləsi ümumilikdə İraq xalqına xeyir vermədi, əksinə, İraq şəhərlərinin dağılmasına və terrorun geniş vüsət almasına səbəb oldu. İran Suriyada vətəndaş müharibəsi başlayan andan iştirakçıdır.

Ərəb coğrafiyasının kasıb ölkələrindən olan Yəməndə də vətəndaş müharibəsi başlar-başlamaz İran Yəmən torpaqlarında peyda oldu. İran fars-molla rejiminin regionda varlığı, sülhün bərqərar olmasına bir mənalı olaraq maneədir. Demək olar ki, şiə ayparası hərb meydanıdır.

Maraqlıdır, şiə ayparası nədən döyüş meydanına çevrilib?

Məsələn, ərəb baharı adı verilmiş saray çevrilişləri Tunis və Misirdə də oldu. Lakin vətəndaş müharibəsi bu ölkələrdə baş vermədi. Suriya və Yəmən isə qan gölünə çevrildi.

Orta Şərqi, fars imperialistlərinin dili ilə ifadə etsək, “şiə ayparası”nı viran qoyan İran ölkəmizə qarşı bir çox pozucu planlar qurmuşdur. Belə pozucu planlardan biri də “Aran 17” adlanır. Fars-molla rejimi Azərbaycanın müstəqilliyini həzm edə bilmir və ərazimizi özünün aran bölgəsi hesab edir. Bu baxımdan da, özünün pozucu planına aran adı verərək, torpaqlarımızı on yeddi bölgəyə bölmüşdür .

Bu gün İrana məxsus “Aran” informasiya agentliyi fəaliyyət göstərir və bu mətbu orqanı əsasən ölkəmizlə bağlı informasiya yayır. Bu verilmiş informasiyalar çox vaxt Azərbaycan dövlətinin və dövlətçiliyinin əlehinə olur. İranın islam həmrəyliyi, din qardaşlığı yalnız dildədir. Əməli fəaliyyətdə fars-molla rejimi region və dünya üçün təhlükə mənbəyidir.

Kainat” Analitik İnformasiya Mərkəzi

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın