Fuad Qəhrəmanlı, Asif Yusifli, Məmməd İbrahim azadlığa buraxıldı

16, 11, 20
18:01

Fuad Qəhrəmanlı, Asif Yusifli, Məmməd İbrahim azadlığa buraxıldı


Orduya dəstək yürüşündə həbs olunan 22 nəfər ev dustaqlığına buraxılıb. 

Azerbaycanrealligi.com xəbər verir ki, bu haqda sosial şəbəkədə məlumat yayılıb. Qeyd edilib ki, azadlığa buraxılanlar arasında Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri Fuad Qəhrəmanlı, Asif Yusifli, Məmməd İbrahim, Bəxtiyar İmanov, Ayaz Məhərrəmli də var. 

Ev dustaqlığına buraxılan AXCP üzvlərinin ümumi sayı 12-dir: Baba Süleymanov, Ceyhun Novruzov, İsmayıl Həsənov, Müşviq Quliyev, Telman Seyfullayev, Məhəbbət Nağıyev, Seymur Əhmədov.

Xatırladaq ki, onlar iyulun 14-dən 15-nə keçən gecə Bakı şəhərində Azərbaycan Ordusuna dəstək yürüşündə ictimai qaydanı pozmaqda ittiham olunurdu. Tutulanlar haqda Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə barəsində cinayət işi açılmış və məhkəməyə göndərilmişdi.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın