"Kontakt Home" ilə bağlı böyük qalmaqal: Müştərilər etiraza başladı

09, 09, 20
10:26

"Kontakt Home" ilə bağlı böyük qalmaqal: Müştərilər etiraza başladı


Facebook sosial şəbəkəsində olan və yerli istehlakçıların problemlərlə bağlı üz tutduqları “Müştəriyəm, şikayətim var” qrupu satılıb.

Azerbaycanrealligi.com “Yeni Sabah”-a istnadən xəbər verir ki, qrup bir müddət əvvəl satılsa da, bu məlumat gizli saxlanılıb. Bu günlərdə isə bəlli olub ki, həmin şikayət qrupunu “Kontakt Home” şirkəti alıb. Buna səbəb qrupda ən çox şikayətin məhz bu şirkət haqda olmasıdır. Problemlərin ictimailəşməsinin qarşısını almaq üçün “Kontakt Home” rəhbərliyi çıxış yolunu həmin qrupu almaqda görüb. Qrupun hansı qiymətə satılması bəlli deyil və əslində hazırda qrupda edilən saxtakarlığın yanında qiymətin nə olması o qədər də əhəmiyyətli deyil. 

Sən demə şirkət rəhbərliyinin qrupu almaqda niyyəti təkcə özlərinə qarşı tənqidlərin qarşısını kəsmək deyilmiş. Orada son bir neçə gündə paylaşılan şikayətlərə baxdıqda görmək olur ki, həm də “Kontakt Home”a rəqib olan şirkətlərlə bağlı məqsədli olaraq qaralama kampaniyaları aparılır. Şirkətin özü ilə bağlı şikayətlər isə demək olar ki, qrup adminləri tərəfindən əngəllənib.

Şirkətin belə bir addım atması sosial şəbəkə istifadəçilərinin qəzəbinə səbəb olub. Hazırda onlarla tanınmış şəxs qrupu tərk etdiklərini bildiriblər. Üstəgəl rəqib şirkətlərin rəhbərləri və hüquqşünaslar qrupda əks-təbliğatın ölkə qanunvericiliyinə zidd oluduğunu bildirirlər. Əgər bununla bağlı məhkəmə iddiası qaldırılarsa, o zaman “Kontakt Home”a qarşı müəyyən sanksiyalar tətbiq oluna bilər. 

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın