RAMİZ MEHDİYEVƏ DAHA BİR ZƏRBƏ... - Kürəkəninin torpaq sahələri əlindən alındı

09, 08, 20
12:00

RAMİZ MEHDİYEVƏ DAHA BİR ZƏRBƏ... - Kürəkəninin torpaq sahələri əlindən alındı


Şabran Rayon Məhkəməsi Prezident Administrasiyasının sabiq rəhbəri, AMEA prezidenti Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyevin torpaq sahələrinin əlindən alınmasına dair qətnamə çıxarıb.

Azerbaycanrealligi.com xəbər verir ki, Məlumata görə, İlham Əliyev bu rayondan deputat seçilən zaman qanunsuz yollarla ayrı-ayrı yerli sakinlərə məxsus torpaq sahələrini ələ keçirib.

Ramiz Mehdiyevin “vurulmasından” sonra rayon sakinləri öz əmlak davalarını məhkəməyə daşıyıb.

Dünən keçirilən prosesdə İlham Əliyevə məxsus 55 hektar əkinə yararlı torpaq ondan alınaraq, əvvəlki sahiblərinə qaytarılıb.

Qeyd edək ki, bu torpaq sahələrini İlham Əliyevə məxsus olan “Turaz” və “Dostluq” MMC ələ keçirib. (gununsesi.org)

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın