Gömrükdə inhisarçı şəbəkə ''vuruldu'', məhkəmə ''Broker Əbulfəz''in tutdurduğu operatoru azad etdi

26, 06, 18
21:30

Gömrükdə inhisarçı şəbəkə ''vuruldu'', məhkəmə ''Broker Əbulfəz''in tutdurduğu operatoru azad etdi

GömrükdÉ inhisarçı ÅÉbÉkÉ ''vuruldu'', mÉhkÉmÉ ''Broker ÆbulfÉz''in tutdurduÄu operatoru azad etdi
Bakıda "Broker Əbülfəz” kimi tanınan Əbülfəz Məlikovun sifarişi ilə həbs edilmiş Nəriman Şabanov məhkəmə zalında həbsdən azad olunub. Azerbaycanrealligi.com saytının məlumatına görə, Abşeron rayon Məhkəməsinin onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin uzadılmasından imtina edib.

N.Şabanov 2017-ci ilin yanvarında "Foodini" MMC-nin rəhbəri Elçin Bilalov Səbail Rayon Polis İdarəsinə ərizə yazaraq bildirib ki, Bibiheybət qəsəbəsində yerləşən şirkətində operator işləyən Xaçmaz rayon sakini, 1987-ci il təvəllüdlü Nəriman Şabanov 700000 manat dəyərində ərzaq mallarını satıb və pulunu ələ keçirib. 
''Broker Əbülfəz''in sifarişi ilə başlanan cinayət təqibinə görə, 2017-ci il Bakı şəhər Baş Polis İdarəsinin vəsarəti ilə N.Şabanovun barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilmişdi.  

Üzun mübarizədn sonra məhkəməyə işin qondarma və sifarişli olduğunu aydın olub. Abşeron Rayon Məhkəməsi Cinayət Məcəlləsinin 308-ci və 178.3.5-ci maddəsi ilə həbs-qətimkan tədbirinin uzadılmasından imtina edib. 
N.Şabanovun azadlığa buraxılmasını vəkili Ceyhun Yusufov təsdiqlədi. 
Criminal.az bildirir ki, "Foodini" MMC- ''Broker Əbülfəz''ə məxsusdur. Görünür, gömrük sistemində əsas dayaqlarını itirən ''Broker Əbülfəz''in məhkəməyə təsir etmək imkanı da heçə enib. 

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın