Sabiq nazir və general da HƏBS OLUNUR - SON DƏQİQƏ

27, 05, 20
14:21

Sabiq nazir və general da HƏBS OLUNUR - SON DƏQİQƏ

Azərbaycanın iki məşhur şəxsinin – sabiq Mədəniyyət naziri Əbülfəs Qarayev və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin “vurulmasının” şok detalları üzə çıxıb.


Azerbaycanrealligi.com xəbər verir ki, bu barədə BAKU.WS məlumat yayıb.
Məlumata görə, hər iki şəxs Azərbaycandan külli miqdarda pulu Böyük Britaniyaya çıxarıb.

Britaniyanın Milli Cinayət Agentliyi bu vəsaitlərin oğurluq olmasından şübhələndiyi üşün Azərbaycan hökumətinə sorğu verib.

Məsələ ilə bağlı Britaniyanın “Evening Standard” qəzeti araşdırma aparıb.

Medianın yazdığına görə, hazırda məhkəmə subyekti olan korrupsiya hadisəsi Azərbaycanın keçmiş mədəniyyət naziri Əbülfəs Qarayev və onun oğurluq vəsaitlərini idarə edən həyat yoldaşına aiddir.

Eyni məzmunlu araşdırma DSX rəisi və onun həyat yoldaşı haqqında da başlayıb.

Görünür, hər iki şəxsin bu qanunsuz əməllərindən ölkə rəhbərliyi xəbər tutduğundan onların “qələmini sındırıb”.
İxa.az-ın araşdırması zamanı isə bəlli olub ki, Azərbaycan hökuməti Britaniyaya çıxarılan vəsaitlərin büdcəyə qaytarılması üçün çalışır. 

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın