Deputat Rafael Cəbrayılov qanunsuz yollarla ələ keçirdiyi sərvəti İstanbula daşıyıb

08, 09, 19
19:27

Deputat Rafael Cəbrayılov qanunsuz yollarla ələ keçirdiyi sərvəti İstanbula daşıyıb


Adı müxtəlif dələduzluq əməllərində hallanan deputat Rəfael Cəbrayılovun mandatdan məhrum edilməsi artıq qaçılmaz zərurətə çevrilib.
 
Azerbaycanrealligi.com xəbər verir ki, bu haqda məlumatı yenicag.az yayıb. Sayt yazır ki, Rəfael Cəbrayılovun dələduzluğu ilə üzləşərək, külli miqdarda maddi zərərə uğrayan iş adamları "millət vəkili”nin onlara vurduğu ziyanı hələ də ödətdirə bilməyiblər.
 
İş adamlarından fırıldaqla mənimsədiyi irihəcmli vəsaiti geri qaytarmaqdan müxtəlif bəhanələrlə yayınan Cəbrayılov bununla zərərçəkmişlərin canını boğazına yığıb. Onlar deputatın bu dələduzluğu ilə bağlı parlament rəhbərliyinə müraciət etsələr də, bu addım problemin həllinə təsir göstərməyib.
 
Cəbrayılov iş adamlarından alaraq mənimsədiyi pulları niyə qaytarmır? Doğrudanmı, o, maddi baxımdan bu qədər ağır vəziyyətə düşüb? Qətiyyən! Deputatın özünə və qardaşına məxsus biznes şəbəkəsi fəaliyyətdədir və yəqin ki, gəlirləri stabildir.
 
Ancaq əldə olunan məlumata görə, Cəbrayılov Azərbaycandakı sərvətinin qardaşının vasitəsilə Türkiyəyə, konkret, İstanbula daşıyaraq, burada özünü miskin görkəmdə göstərməyə çalışır. Yəqin belə bir obraza girməklə, onun dələduzluğunun qurbanı olmuş iş adamlarının bir gün öz şikayətlərindən vaz keçəcəklərinə ümid edir…
 
Təbii ki, necə seçilməsindən asılı olmayaraq, millət vəkili statusunu daşıyan şəxsin adının dələduzluq əməlində hallanması dövlətin, hakimiyyət bölgüsündə öndə gələn ali qanunvericilik orqanının nüfuzuna ciddi zərbə vurur. Ancaq görünən budur ki, iş adamlarına vurduğu zərəri qarşılamq niyyətində olmayan Cəbrayılov üçün əsas olan dövlətin nüfuzu yox, şəxsi maraqlarıdır. Əks halda, o, adının-soyadının dələduzluq sinoniminə çevrilməsinə razı olmazdı.
 
Xatırladaq ki, deputatın "fırıldaq toru”na düşən iş adamları Cəbrayılovun deputat mandatından məhrum edilməsi, toxunulmazlığının götürülməsi və barəsində qanun çərçivəsində ölçü götürülməsinə çağırış etmişdilər. Həqiqətən də, yerinə düşən təşəbbüsdür. Bu mənada, sabiq həmkarı, müxtəlif irimiqyaslı dələduzluğuq əməllərinə görə uzun müddətə azadlıqdan məhrum edilmiş keçmiş deputat Dünyamin Xəlilovun aqibəti Cəbrayılov üçün "nümunə” seçilə bilər.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın