"Tolikin polisə qarşı irəli sürdüyü ittihamlar əsasızdır", - Bakı Şəhər Baş Polis İdarəsi

27, 08, 19
11:49

"Tolikin polisə qarşı irəli sürdüyü ittihamlar əsasızdır", - Bakı Şəhər Baş Polis İdarəsi


Sosial şəbəkələrdə, bəzi internet saytlarında teleaparıcı Tarix Əliyevin “Binəqədi rayon icra hakimiyyəti tərəfindən vətəndaşın mənzilinə göndərilən polislərin onlarla kobud rəftar etməsi” ilə bağlı iddialar səsləndirib. Bu barədə Bakı şəhər BPİ-nin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, tərəfimizdən videomaterial araşdırılıb, orada əks olunan kadrlarda polis əməkdaşlarının  iştirakı müşahidə olunmur: “Polisə qarşı irəli sürülən ittihamlar və səslənən iddialar yalandır, əsassızdır”.

E.Hacıyev əlavə edib ki, qeyd edilənləri nəzərə alaraq, polisin adı hallanan məlumatları hazırlayarkən paytaxt üzrə Bakı Şəhər Baş Polis İdarəsi ilə dədiqləşdirilmə aparılmaqla yayımının təmin olunmasını jurnalistlərə tövsiyə edirik. Bu davaranış tək polisin yox, eyni zamanda cəmiyyətin maraqlarına xidmət edir.

Azerbaycanrealligi.com 

Bizimlə əlaqə saxlayın