Jurnalisti döyən şəxs saxlanıldı

26, 08, 19
18:12

Jurnalisti döyən şəxs saxlanıldı


Jurnalist Zülfüqar Xeyirxəbər təzyiq göstərməklə bədən xəsarəti yetirən,  taksi kimi fəaliyyət göstərən 99-AD-149 dövlət nömrə "Daewoo" markalı avtomobilin sürücüsü 1993-cü il Seymur Mustafazadə Xəzər RPİ 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq, saxlanılıb. Bu barədə Azerbaycanrealligi.com saytına Bakı şəhər BPİ Mətbuat Xdimətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, hadisənin təfərrüatları ilə bağlı təhqiqat araşdırmaları başlayıb, bədən xəsarəti ilə bağlı ekspertiza təyin olunub, tərəflərin izahatı alınıb. 

Faktla bağlı aparılan araşdırmalar zamanı sürücü tanımadığı şəxslə aralarında yaranan mübahisə ilə bağlı bildirib ki, Binə qəsəbəsi, Atçılıq yolunda baş verən insidentə onun nalayiq sözlərlə təhqir olunması səbəb olub, o da bundan əsəbləşərək qarşı tərəfə əl zərbəsi ilə xəsarət yetirib. Faktla bağlı araşdırmalar davam etdirilir, toplanan materiallar əsasında ictimai təhlükəli əmələ hüquqi qiymət veriləcəkdir.

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın