Elina Hacıyevanın intiharına görə məsuliyyətə cəlb olunan məktəb direktoru həbs olunmadı

08, 08, 19
21:50

Elina Hacıyevanın intiharına görə məsuliyyətə cəlb olunan məktəb direktoru həbs olunmadı


162 saylı orta məktəbin 8-ci sinif şagirdi Elina Hacıyevanın intiharına görə cinayət məsuliyyətinə cəlb olunan məktəb direktoru Sevinc Abbasovanın həbs olunmasından ötrü verilən şikayətə baxılıb. Azadlıq Radiosu yazır ki, Elinanın ailəsi direktor barəsində ev dustaqlığı qətimkan tədbirinin daha

iki ay uzadılması barədə Səbail Rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib.

Apellyasiya Məhkəməsində qapalı keçirilən iclasda şikayət təmin olunmayıb.

Vəkil Sevinc Əliyeva bu işdə həkim səhvinə dəlalət edən halların olduğunu deyib, amma ekspertiza isə həkimlərin xeyrinə rəy verib: “Rəyin məzmunu təxminən belədir ki, xəstəxanaya gec çatdırılıb deyə, onu xilas etmək mümkün olmayıb. İstintaq getdiyinə görə detalları açıqlaya bilmirik. Amma işdə dəlillər var ki, diaqnoz düz qoyulmayıb”.

Zərərçəkmişin vəkilləri istintaqda təkrar ekspertiza keçirilməsi barədə vəsatət qaldırıb. Vəsatət təmin olunub, amma müdafiəçilərin istədiyi ekspertin də iştirakı məsələsində onlara “yox” deyilib.

Nə baş verib: Bakıda 162 saylı məktəbdə oxuyan Elina Hacıyevan bu il aprelin 4-də özünü üçüncü mərtəbədən atıb. O, yaralı vəziyyətdə xəstəxanaya çatdırılsa da, sonradan (aprelin 6-da) vəfat etdiyi bildirilib. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb. Şagirdin intihar etdiyi bildirilir və buna səbəb kimi məktəbdə ona pis münasibət bəsləndiyi qeyd edilir.

Azerbaycanrealligi.com


Bizimlə əlaqə saxlayın