sitename

24 illik pul hakimiyyətinin sonu - Elman Rüstəmov da yola salınır

  

24 illik pul hakimiyyətinin sonu -
Dünyanın dörd bir yanında baş verən siyasi kataklizmlər bütün dövlətləri öz idarəetmə modellərini yenidən nəzərdən keçirməyə vadar edir. Xüsusilə cənub və Şərq yarımkürəsi, şimalda isə Rusiya yeni siyasi çağırışlardan qayğılanır.

Azerbaycanrealligi.com xəbər verir ki, Unikal.org-un yazdığına görə, indiki halda Qərbdəki bəzi dairələrin Şərq və Cənub yarımkürələrində yerləşən dövlətlərin daxili idarəçiliyinə müdaxilə cəhdləri fonunda Azərbaycan dövlətinin mobil siyasəti olduqca təqdirəlayiq görünür. Bu mənada ölkəmizdə həyata keçirilən sosialyönümlü siyasətin yeni mərhələsini xüsusilə qeyd etmək olar. İstənilən xarici müdaxiləni yalnız bir qüvvə neytrallaşdıra bilər: xalq və hakimiyyət arasındakı bağlılıq! Odur ki, ölkədə həyata keçirilən sosialyönümlü siyasətin şaxələndirilməsi, eləcə də kadr siyasətindəki yeni yanaşmalar arzuolunan idi və indiki addımlar bəhs etdiyimiz monolitliyi möhkəmləndirə bilir.

Hələ 2018-ci ildə İlham Əliyev Prezident seçildikdən dərhal sonra ciddi islahatlar paketinin mesajını vermişdi. Yeni hökumət formalaşdırılarkən artıq dövlət başçısının öz komadasına əl gəzdirdiyi hiss olundu. 

Cari ilin əvvəlində biz bu anonsun praktik olaraq sosial sahədə də reallaşdırılmağa başlandığını gördük. Birinci sosial islahatlar paketi  - əmək haqqı, pensiya və təqaüdlərin artırılması, problemli kreditlərə görə kompensasiyaların ödənilməsi və s. Bundan bir neçə ay sonra isə ikinci sosail paketin reallaşdırılmasına başlanacaqdı...

Ən ciddi reformlardan biri isə maliyyə şəfaflığının təmin olunması ilə bağlı oldu. Vergilər Nazirliyi və Gömrük Komitəsinin fəaliyyətinə yenidən baxıldı və orada aparılan kadr dəyişiklikləri ciddi sistem və yanaşma dəyişikliyi ilə müşayiət olundu.

Prezident İlham Əliyevin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasdakı çıxışındakı bu məqam əslində yeni mərhələnin başlandığını ifadə edirdi: “İlin əvvəlindən Azərbaycan iqtisadiyyatında baş vermiş müsbət dəyişikliklər bizim potensialımızı gücləndirir, əhali tərəfindən yüksək qiymətləndirilir və bizə əlavə maliyyə resursu əldə etmək üçün şərait yaradır. Birinci rübdə büdcə daxilolmaları ciddi şəkildə - 200 milyon manatdan çox artıb. Bunun 150 milyon manatdan çox hissəsini vergi sahəsində, 50 milyon manatdan çox hissəni isə gömrük sahəsində əldə etmişik. Sevindirici hal ondan ibarətdir ki, vergi orqanları qeyri-neft sektorundan daha çox - 136 milyon manat vergilər toplaya bilmişlər. Bu, islahatların bariz nümunəsidir. Sahibkarlar da bilirlər ki, onlar dövlətin vergisini tam ödəməlidirlər. Şəffaflıq və yeni yanaşma nəticəsində biz birinci rübdə böyük məbləğdə əlavə vəsait əldə etdik. Əlbəttə, bu, imkan yaratdı ki, biz bu vəsaiti, ilk növbədə, sosial sahəyə yönəldə bildik”.

Aparılan islahatlar nəticəsidir ki, 2018-ci il oktyabrın 31-də Dünya Bankı tərəfindən yayılan “Doing Business 2019” hesabatında Azərbaycan dünyanın 10 ən islahatçı dövləti siyahısına daxil edilərək dünyanın ən çox islahat aparan ölkəsi elan olunub. Yeni hesabatda Azərbaycanın mövqeyi 2017-ci illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın bir çox ölkələrini geridə qoymaqla Müstəqil Dövlətlər Birliyi ölkələri arasında lider mövqeyə yüksəlib.

Azərbaycan bu xətti davam etdirəcək. Bu, özünü prezidentin nitqində də aydın göstərir. Dövlət başçısı birmənalı şəkildə bildirir ki, Azərbaycan islahatlar yolundadır, optimallaşdırma və maksimum şəffaflığın təmin edilməsi bu reform paketinin mühüm tərkib hissəsidir.

Bank-maliyyə sistemində hansı dəyişiklik gözlənilir?

Ehtimal etmək asandır ki, növbəti mərhələdə maliyyə sektorunda optimallaşdırma və şəffaflıq tədbirləridərinləşdiriləcək.

Əslində, dövlət başçısının ilinbirinci rübünün yekunları ilə bağlı iclasdakı çıxışında da görünür ki, bu sahədə islahatlar davam etdirilməsi qaçılmazdır. Sitat: “Deyə bilərəm ki, aparıcı beynəlxalq maliyyə qurumları bizim bu siyasətimizi dəstəkləyir. Mənim həm Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və digər mötəbər maliyyə qurumlarının rəhbərləri ilə keçirdiyim çoxsaylı görüşlər göstərir ki, aparılan islahatlara bu qurumlar tərəfindən çox böyük dəstək var. Onlar da öz tərəfindən dəstəyini bundan sonra da göstərmək, bu işləri bizimlə birlikdə görmək istəyirlər. Biz də bunu istəyirik və onların təcrübəsi, o qurumlarda fəaliyyət göstərən mütəxəssislər, əlbəttə ki, bu işlərə cəlb olunacaqdır. Beləliklə, biz indiki yol xəritələrinin icrasını uğurla başa vurmalıyıq və 2021-2025-ci illəri əhatə edən yeni proqramı işləyib təqdim etməliyik”.

Kadr və struktur islahatı gözləniləndirmi?

Bu sahədə struktur, eləcə də kadr islahatlarının aparılacağı asan proqnoza gəlir.
Birincisi, ona görə ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılmasından sonra Mərkəzi Bankın “arabanın beşinci təkəri”nə çevrildiyi hiss olunur.
İkincisi, Mərkəzi Bankı hər iki devalivasiyada bunun baş verməyəcəyini bəyan edərək ictimai fikirdə öz reputasiyasını ciddi şəkildə zədələmişdi və bu nüfuzun bərpası üçün ötən dövr ərzində hər hansı sistemli tədbirlərin görüldüyünə şahidlik etmirik.
Üçüncüsü, bankların faiz dərəcələrinin aşağı salınması ilə bağlı ciddi müzakirələrə, bir sıra başqa qurumların təkliflərinə rəğmən Mərkəzi Bank israrla faizlərin aşağı salınmamasına çalışır. Bu isə ictimai fikirdə bu strukturun yalnız “yaxşı getməyə başlayan arabanın təkərinə çomaq soxmaq” funksiyasını yerinə yetirdiyi ilə bağlı qənaət formalaşdırıb.
Dördüncüsü,  Mərkəzi Bank “baş bank” funksiyasını saxlamaqla fəaliyyətini davam etdirsə belə qurumun birinci şəxsinin əvəzlənməsi ehtimalı böyükdür.
Reputasiyası zədələnmiş qurumun ümumiyyətlə ləğv olunması praktikasını biz ötən yaxın illərdə Milli Təhlükəsizlik Nazirliyinin ləğvi ilə bağlı qərardamüşahidə etdik.

Elman Rüstəmov niyə əvəzlənəcək?

İlk növbədə ona görə ki, dediyimiz kimi, hər iki devalivasiya vaxtı Mərkəzi Bank bu ehtimalın olmadığını söyləmişdi və hər iki halda bu bəyanat bankın birinci şəsinin  - Elman Rüstəmovun dilindən səslənmişdi.

İkinci bir tərəfdən, E.Rüstəmovun adı kifayət qədər neqativ planda hallanmaqdadır. Xaricdə yaşayan jurnalist Cavanşir Həsənli Milli Bank rəhbəri Elman Rüstəmov və onun qudasının övladlarına aid biznes məlumatları ilə bağlı geniş araşdırmanı paylaşmışdı.

2015-ci il devalvasiyalarından sonra kredıt bataqlığında çabalayan əhalidən fərqli olaraq, bu qərara imza atan Milli Bank rəhbəri Elman Rüstəmovun ailə üzvlərinin sərvətləri birdən-birə bir neçə dəfə artıb. O cümlədən Elman Rüstəmovun qızı Günel Rüstəmovanın və onun ərinin sərvətində fantastik artım baş verib. 

Araşdırmalardan aydın olur ki, Günel Rüstəmova və onun həyat yoldaşı uzun müddətdir ki, Londonda yaşayırlar və Avropada korrupsiyadan qaynaqlanan böyük sərvətlərə, şirkətlərə sahibdirlər. Yayılan materillarda şirkətlərin adları, maliyyə hesabatları və s əks olunurdu.

Eləcə də onun oğlunun London sərgüzəştləri, Avstriya məhkəmələrindəki işlərdə E.Rüstəmovun adının hallanması barədə mediada gedən yazılar “baş bankir”in nüfuzuna az xələl gətirməyib.
Bu faktlar E.Rüstəmovun büdcədən milyonlar oğurlamış məmurların siyahısında olduğunu və onun da yaxın aylarda keçmiş vergilər naziri Fazil Məmmədovun aqibəti ilə üzləşəcəyini deməyə əsas verir.

Qeyd edək ki, E. Rüstəmov 1995-ci ildən bu günə qədər – 24 ildir ki, Mərkəzi Banka rəhbərlik edir.

Azerbaycanrealligi.com



Xəbərin retinqi: 
Şərh əlavə et
Köşə
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi

  • 25 iyn, 11:38
  • 604
Prezident Sənubər İsgəndərliyə ev hədiyyə etdi
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva

  • 10 iyn, 12:21
  • 3 144
“Azərbaycanlı kişilər mənimlə yata bilməyəcək” – Pərvin Abıyeva 
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO

  • 03 iyn, 10:38
  • 357
Tanınmış azərbaycanlı jurnalistin ailəsində faciə - Yeganə oğlu öldü - FOTO
Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ

Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ

  • 16 apr, 18:14
  • 730
Məhkəmə sabiq məktəb direktoru ilə bağlı ev dustaqlığı QƏRARI VERDİ
Sorğu
Saytdan xoşunuz gəlirimi?
Sosiallarda
  • Facebook
  • instagram
  • Twitter
Son daxil olanlar