Fuad Abbasovun evində axtarış aparılıb

22, 06, 19
12:57

Fuad Abbasovun evində axtarış aparılıb


Rusiyanın paytaxtı Moskva şəhərində azərbaycanlı jurnalist Fuad Abbasovun evində Rusiya hüquq mühavizə orqanları tərəfindən axtarış aparılıb.
Fuad Abbasovun sosial şəbəkə səifəsində isə "jurnalistin ailə üzvləri təhlükədərir" deyə məlumat yayılıb.

Yazılan mətni sizə təqdim edirik: "Jurnalist Fuad Abbasovun Moskvadaki ailəsinə, öz evlərində müdaxilə etdilər! Həyat yoldaşı və uşaqları təhlükədədir! Ximki şəhəri, Molodyojnaya küçəsi ev 50, podyezd 6"

Nəzərinizə çatdıraq ki, Fuad Abbasovun Hüquqularının Müdafiə komitəsinin sədri Məhəmməd Rəfiyev artıq hadisə yerindədir.
Fuad Abbasovun yaxınlarının verdiyi məlumata görə, evdə keçirilən axtarış tədbirləri zamanı evdən kompyuter və digər texniki avadanlıqlar götürülüb

Azerbaycanrealligi.com

Bizimlə əlaqə saxlayın